• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nəticələr təsdiqləndi

  • 03 İyul 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Rusiyanın Mərkəzi Seçki Komissiyası iyunun 25-dən iyulun 1-dək keçirilmiş konstitusiya referendumunun nəticələrini təsdiqləyib. Novator.az bildirir ki, iyulun 3-də rəsmiləşən nəticələrə görə, referenduma 74 milyon 215 min 555 seçici qatılıb. Bu, səsvermə hüququ olan şəxslərin 67,9%-i deməkdir.

Ümumxalq səsverməsində iştirak edən 57 milyon 747min 288 nəfərin (77,9%) ana qanunda yeniliklər təşəbbüsünə dəstək verdiyi qeyd olunur.

Ana qanunda iyulun 4-də qüvvəyə minəcək yeniliklər ölkədə azı 25 il daimi yaşamamış, başqa ölkənin vətəndaşı olmuş və ya xaricdə daimi yaşamaq hüququ almış şəxsin Rusiya prezidenti postuna namizədliyinə, dövlət qulluqçularının başqa ölkənin vətəndaşı olmasına və xaricdə daimi yaşamaq hüququ əldə etməsinə yasaq qoyur.

Yeniliyə görə, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Ancaq bu norma yenilik qüvvəyə minəndən sonra prezident seçiləcək şəxslərə şamil olunur və indiki dövlət başçısı Vladimir Putin növbəti iki prezident seçkisinə qatılmaq, 2036-cı ilə qədər postda qalmaq imkanı əldə edir.

Digər dəyişikliyə əsasən, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri Dövlət Duması təyin edəcək.

Federasiya Şurası xarici işlər, müdafiə, ədliyyə, daxili işlər, fövqəladə hallar nazirlərinin, baş prokurorun və onun müavinlərinin təyinatına razılıq vermək səlahiyyətləri alıb.

Başqa yeniliyə əsasən, pensiyaları mütəmadi indeksləşdirmə qaydası, həmçinin minimum əməkhaqqının ölkə üzrə yaşayış minimumundan aşağı olmasının yolverilməzliyi konstitusiyaya norma kimi salınıb.

1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib, 2018-ci ilin seçkisində postunu qoruyub. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.

Xarici İşlər Nazirliyində əməliyyat

  • 03 İyul 2020
  • comments

Fransada yeni baş nazir

  • 03 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda