Nazirlər Kabineti yanında operativ qərargahın 1 iyul məlumatına görə, Azərbaycanda daha 588 nəfər koronavirus infeksiyasına yoluxub, 346 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 7 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 18 min 112 nəfər göstərilir: 10 min 61 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər dünyasını dəyişib, 7831 nəfər aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi 516 mindən çox adamın həyatına son qoyub.
Azərbaycanda ilk yoluxma fevralın 28-də, ilk itki martın 12-də qeydə alınıb.