• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

QHT qanunvericiliyi yenilənir

  • 30 İyun 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Milli Məclis QHT qanunvericiliyində yeniliklər paketini qəbul edib. Novator.az-ın məlumatına görə, iyunun 30-da “Qrant haqqında” qanuna dəyişikliklər son oxunuşdan keçib. Qanunun 4-cü maddəsində (Qrant vermək üçün qanuni əsas) yenilik qeyri-hökumət təşkilatlarına qrant müqavilələrinin (qərarlarının) icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydiyyatı üçün müraciət imkanı verir.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda dəyişikliklər də üçüncü oxunuşda qəbul olunub. Yeniliklərə əsasən, qeyri-hökumət təşkilatlarının təsis sənədlərində dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında qeydiyyatı mümkündür.

Başqa bir dəyişikliyə görə, qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud elektron qaydada istifadə edilir.

Qeyri-hökumət təşkilatlarının qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasını və qəbul etdiyi ianələr üzrə məlumatların təqdim edilməsini icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət hüququ da olacaq.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda yeniliyə əsasən, qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir.

İcra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən yararlanırlar. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud elektron qaydada təqdim oluna bilər.

Bölgələrin kredit və əmanət göstəriciləri

  • 30 İyun 2020
  • comments

Bakı: ictimai iaşə dövriyyəsi 37 faiz geriləyib

  • 30 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda