Nazirlər Kabineti yanında operativ qərargahın 29 iyun məlumatına görə, Azərbaycanda daha 544 nəfər koronavirus infeksiyasına yoluxub, 343 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 8 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 16968 nəfər göstərilir: 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər dünyasını dəyişib, 7393 nəfər xəstəxanalardadır.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi 505 mindən çox adamın həyatına son qoyub.
Azərbaycanda ilk yoluxma fevralın 28-də, ilk itki martın 12-də qeydə alınıb. Martda 5 nəfər, apreldə 19 nəfər, mayda 39 nəfər, iyunda 143 nəfər həyatını itirib.