![]({"full":{"0":"2020\/03\/NK-1.jpg","1":750,"2":406,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2020\/03\/NK-1.jpg"}})
Nazirlər Kabineti yanında operativ qərargahın 27 iyun məlumatına görə, Azərbaycanda daha 521 nəfər koronavirus infeksiyasına yoluxub, 355 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 6 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 15 min 890 nəfər göstərilir: 8719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər dünyasını dəyişib, 6978 nəfər aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi 497 mindən çox adamın həyatına son qoyub.
Azərbaycanda ilk yoluxma fevralın 28-də, ilk itki martın 12-də qeydə alınıb.