Azərbaycanda daha 517 nəfər koronavirus infeksiyasına yoluxub, 305 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 7 xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargahın 26 iyun məlumatında belə deyilir.
Rəsmi hesabatda yoluxanların ümumi sayı 15369 nəfər göstərilir: onların 8364-ü müalicə olunaraq sağalıb, 187-si dünyasını dəyişib, 6818-i xəstəxanalardadır.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi 492 mindən çox adamın həyatına son qoyub.
Azərbaycanda ilk yoluxma fevralın 28-də, ilk itki martın 12-də qeydə alınıb.