• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mitinq və yürüşlər yoluxmanı artırdımı?

  • 25 İyun 2020
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərh

Koronavirus infeksiyasından qorunmağın yollarından biri sosial məsafə gözləməkdir. Buna görə də mütəxəssislər pandemiyanın davam etdiyi dövrdə adamların bir yerə toplaşmasını məsləhət görmürlər: bu, yoluxmanı artırır. Amma qəribədir ki, belə bir zamanda ABŞ-da keçirilən kütləvi etiraz aksiyalarının yoluxmalarda sıçrayışa gətirmədiyi üzə çıxıb.

May ayının 25-də ABŞ-ın Minneapolis dairəsində ağdərili polislər Corc Floyd adlı qaradərili vətəndaşı öldürəndən sonra ölkənin bir sıra yerlərində günlər uzunu kütləvi etiraz aksiyaları – mitinq və yürüşlər keçirilib.

Novator.az xəbər verir ki, kütləvi aksiyaların koronavirusa yoluxmalarda sıçrayışa səbəb olmadığını amerikalı epidemioloqlar məhz Floydun ölümü ilə bağlı keçirilən mitinq və yürüşləri araşdırarkən üzə çıxarıblar.

Amerikalı mütəxəssislər aksiyaların yoluxmanı gücləndirməməsini bir neçə amillə izah edirlər.

Birincisi, heç də hamı etiraz aksiyalarına çıxmır.

İkincisi aydın olub ki, aksiyalar bu tədbirlərə qoşulmayan adamları daha ciddi ehtiyat tədbirləri görməyə meyilləndirib. Aksiyalar keçirildikcə onlar əvvəlkindən də artıq evə qapanıblar, çölə çıxmamağa çalışıblar. Çünki aksiyaların onların yaşadığı yerlərdə (qəsəbədə, şəhərdə, bütövlükdə ştatda) virusun yayılmasını gücləndirəcəyindən qorxublar. Bu qorxu isə müsbət effekt verib: əhalinin bir hissəsi (etirazçılar) küçələrə çıxsa da, daha artıq hissəsi (etirazlara qoşulmayanlar) daha inadkarlıqla evdə oturub.

Üçüncüsü, hesablamalar göstərib ki, aksiyaçılar arasında da virusa yoluxanların sayı çox olmayıb. Məsələn, etirazların strat götürdüyü Minneapolis dairəsində aksiyaçıların 1,8 faizi koronavirusa yoluxub. Minneapolis dairəsinin daxil olduğu Minnesota ştatında isə etrazçılar arasında yoluxma 3,6 faiz olub. Sitl qəsəbəsində aksiyaçıların 1 faizi, Boston şəhərində 2,5 faizi etiraz günlərində virusa yoluxub. Kütləvi aksiyalara qoşulanlar arasında ən çox yoluxma Kinq dairəsində qeydə alınıb: 6,3 faiz.

Etirazçılar arasında yoluxmaların azlığı onların həm aksiyaya maska taxıb çıxmaları, həm də əksərinin gənc olması ilə izah edilir. Üstəlik, aksiyalar qapalı yerlərdə yox, açıq havada keçirilib. Koronavirusun isə açıq havada o qədər də geniş yayılmadığı bəllidir.

Amerikalı epidemioloqlar onu da deyirlər ki, ola bilsin, aksiyalar zamanı nəzərdən qaçan, özünü ciddi simptomlarla büruzə verməyən yoluxmalar da baş verib. İstənilən halda aksiyalarda yoluxmalar barədə statistik göstəricilər təxmini xarakter daşıyır.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi indiyədək 485 mindən çox adamın həyatına son qoyub. Hazırda dünyada bu virusa yoluxanların sayı 10 milyon nəfərə yaxındır.

Ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. İyunun 25-nə olan məlumata görə, ABŞ-da 2 milyon 460 mindən çox adam koronavirusa yoluxub, 124 mindən çox xəstə vəfat edib.

Azərbaycanda ilk yoluxma fevralın 28-də qeydə alınıb. İyunun 25-dək 15 minə yaxın adam yoluxub, 180 xəstə dünyasını dəyişib.

İlkin Nizami

547 yoluxma, 6 ölüm

  • 25 İyun 2020
  • comments

İcazəni tək SMS-lə deyil, “E-Təbib”lə də almaq müm...

  • 25 İyun 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Gənclər
  • Hüquq
  • Səhiyyə
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda