• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Erkən nikah və qohumla nikah: maarifləndirmə qaydası təsdiqlənib

  • 24 İyun 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə qaydası rəsmiləşib. Novator.az-ın məlumatına görə, iyunun 23-də qaydaları təsdiqləyən Nazirlər Kabineti Ədliyyə Nazirliyinə və Dövlət Statistika Komitəsinə 18 yaşadək (erkən nikah) və yaşı 18-dən 29-dək olan gənclərin nikaha, o cümlədən müvafiq ərizələrindəki məlumatlara əsasən qohum hesab edilən şəxslər arasında nikaha daxil olması və bu gənclər arasında bağlanmış nikahın pozulması hallarının statistikasının illər üzrə aparılmasını təmin etməyi tapşırıb.

Gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə bu dövlət orqanları və qurumlarına həvalə olunub:

Gənclər və İdman Nazirliyi;

Təhsil Nazirliyi;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

Səhiyyə Nazirliyi;

Ədliyyə Nazirliyi;

Xarici İşlər Nazirliyi;

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi;

Dövlət Statistika Komitəsi;

yerli icra hakimiyyətləri orqanları;

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi;

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası;

Milli Televiziya və Radio Şurası;

Gənclər Fondu.

Maarifləndirməni yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, televiziya və radio yayımçıları, qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər də həyata keçirə bilərlər.

Qaydada istifadə olunan əsas anlayışlar bu mənaları ifadə edir:

erkən nikah – 18 yaşadək şəxslə bağlanmış nikah;

qohumlar arasında nikah – baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında bağlanmış nikah;

erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri – erkən və qohumlar arasında nikahın tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları.

Maarifləndirmə bu vasitələrlə həyata keçirilir: təhsil müəssisələrində və əmək kollektivlərində gənclər arasında maarifləndirmə ilə bağlı tədbirlərin keçirilməsi; maarifləndirici və metodoloji vəsaitlərin, sosial reklamların hazırlanması və yayılmasının təşkili; kütləvi informasiya vasitələrinin, sosial medianın, təhsilin imkanlarından geniş istifadə edilməsi; internet informasiya resurslarının yaradılması.

Orta məktəb sinfində şagird norması müəyyənləşib

  • 24 İyun 2020
  • comments

Reportyorlar (79)

  • 24 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gender
  • Gənclər
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda