• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ən yeni karantin qadağaları

  • 19 İyun 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Nazirlər Kabineti yanında operativ qərargahın 19 iyun məlumatına görə, Azərbaycanda daha 438 nəfər koronavirus infeksiyasına yoluxub, 133 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 4 xəstə vəfat edib.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi 458 mindən çox adamın həyatına son qoyub.

Azərbaycanda ilk yoluxma fevralın 28-də, ilk itki martın 12-də qeydə alınıb. İyunun 19-dək 11 min 767 nəfərin koronavirusa yoluxması bilinib, onların 6325-i müalicə olunaraq sağalıb, 143-ü dünyasını dəyişib, 5299-u aktiv xəstədir.

Novator.az bildirir ki, Nazirlər Kabinetinin 19 iyun qərarına əsasən, iyulun 1-də bitməli olan xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. Rejim ölkə ərazisinə giriş-çıxışa, ölkədə gediş-gəlişə məhdudiyyətlər, dəfn istisna olmaqla yas mərasimlərinə, kütləvi tədbirlərə, toy məclislərinə qadağa və başqa yasaqlar nəzərdə tutur.

İyunun 19-da rəsmiləşən başqa bir qərarla Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilir. Bu iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılır:

– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

– ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

– muzey və sərgi zallarının fəaliyyəti;

– bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

– təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

– açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Qərar hərəkət azadlığına məhdudiyyətlər də yer alır. Vətəndaşların böyük əksəriyyətinə yaşayış yerini və olduğu yeri tərk etmələrinə yalnız bu hallarda və 8103 nömrəsinə SMS göndərməklə yol verilir:

– təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

– ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;

– yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən evdən çıxa bilər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı

Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi

Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər

Koronavirus qadağaları

Operativ qərargahdan məhdudiyyətlər

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır

Yeni cəzalar təsdiqləndi

Ən son qadağalar

Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu

Karantin mayın 4-dək uzadıldı

Karantini yumşaltmaq qərarı verildi

Karantin uzadıldı, şərtlər yeniləndi

Yumşalmalar qüvvəyə minib

Yeni qərar: karantin necə yumşaldılır?

Karantindən çıxmayan sahələr

Koronavirus: karantin yenilikləri, rəsmi hesabat

Hansı qadağalar qalır?

Yeni cərimələr qüvvəyə minib

Yoluxma və itki artır, qadağalar gəlir

Operativ qərargah yeni qərar qəbul edib

Yeni karantin qərarı

Karantin uzadılır, yenə yasaqlar gəlir

Karantin yenilikləri

Yenə karantin, yeni karantin

Manatla bağlı yeni qərar

  • 19 İyun 2020
  • comments

Jurnalist məhkum olundu

  • 19 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda