• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Koronavirus stresindən necə qurtulmalı?

  • 18 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Koronavirus kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin əsas mövzudur. Psixoloqlar koronavirusla əlaqədar materialların (xəbərlərin, foto və videoların) bir çox insanda stress, əsəb və yorğunluq yaratdığını söyləyirlər.

Novator.az xəbər verir ki, ABŞ-ın Psychologytoday.com portalı bununla bağlı psixoloqların bir sıra tövsiyələrini dərc edib.

Tövsiyələrdə deyilir ki, koronavirus xəbərlərini sutka boyu izləmək lazım deyil. Daha yaxşı olar hər kəs günün yalnız bir hissəsini bu xəbərlərə həsr etsin və həmin müddət nə qədər qısa olsa bir o qədər yaxşıdır. Yatana yaxın isə xəbərlərə baxmamaq, əylənmək məsləhətdir. Çünki gecə vaxtı beyini xəbərlərlə məşğul etmək qayğını artırır, həm də gözün ekrana (istər televizor, istərsə də kompüter və ya mobil qurğu ekranı olsun) dikilməsi beyini oyaq saxlayır, dərin yuxuya getməyə qoymur, üstəlik, yatanda da adamın yuxusunu qarışdırır.

İndiyədək aparılan tədqiqatlar sübut edib ki, idmanla məşğul olmaq, piyada uzun yol qət etmək, rəsm çəkmək, kitab və ya jurnal oxumaq, duş qəbul etmək streslə mübarizədə effektlidir.

Psychologytoday.com portalı Nyu-Yorkdan olan psixiatr Marlin Veyin koronavirus stresindən qurtulmaq üçün məsləhətlərini də təqdim edib.

Marlin Vey deyir: “Sizdə psixoloji travma yarada biləcək, həm də etibarsız, faydasız məlumatları, fikirləri bölüşməyə meyilli insanlardan uzaq gəzin.

Xəbərləri izləməyə həvəslisinizsə, onda xəbərlərin hamısında təfərrüatı bilməyə ehtiyac yoxdur, başlıqları izləsəniz kifayətdir. Yalnız sizə xeyri dəyəcək xəbərlərin təfərrüatına nəzər salın, qalan xəbərlərin başlığına baxıb keçin, bu sizi xəbər bolluğunun doğurduğu yorğunluqdan da qoruyacaq.

Yüngülləşmək, sakitləşmək üçün sizə əvvəllər kömək etmiş vasitələrdən yenə yararlanın və bunu həmişə düşünülmüş şəkildə edin.

Diqqətinizi görə biləcəyiniz faydalı işlərə və pozitiv situasiyalara yönəldin”.

İlkin Nizami

“Qarabağ” çempion elan olundu

  • 18 İyun 2020
  • comments

Neft büdcə qiymətindən nə qədər ucuzdur?

  • 18 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Səhiyyə

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda