• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Karantinə götürmə qaydaları sərtləşdi

  • 11 İyun 2020
  • Posted in ManşetXəbər
0
SHARES
FacebookTwitterPinterest

Nazirlər Kabineti Azərbaycan ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydalarına dəyişiklik edib. Novator.az bildirir ki, sənədin 7.6-cı bəndində yeniliyə görə, karantin rejimini pozan şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaq. Əvvəlki variantda yalnız inzibati məsuliyyət nəzərdə tutulurdu.

2020-ci il mayın 1-də təsdiqlənmiş qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan ərazisinə gələn və yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil olunur, Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi sanitar rejim müddətində tətbiq edilir.

Yoluxduğu güman edilən şəxslər sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər.

Karantin müəssisəsinə yerləşdirilən şəxs laboratoriya müayinəsindən keçirilir.

Yoluxduğu güman edilən şəxslər ən azı 2 dəfə – karantin müəssisəsinə yerləşdirildikdə və karantin nəzarətinin sonunda laboratoriya müayinəsinə cəlb olunur. İlkin laboratoriya müayinəsinin nəticəsi neqativ olduqda həmin şəxslər müəyyən edilmiş müddətin qalan hissəsi ərzində yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülürlər. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxs karantin müəssisəsində saxlanır.

Karantin müəssisəsində yerləşdirilmiş şəxslərin sağlamlıq vəziyyətinə nəzarət ən azı hər 12 saatdan bir təmin olunur. Şəxsin sağlamlıq vəziyyətində yoluxucu xəstəliyə xas olan dəyişiklik (temperaturun yüksəlməsi, respirator əlamətlər və s.) müşahidə olunduğu halda həmin şəxs dərhal digər şəxslərdən təcrid olunmalı və laboratoriya müayinəsindən keçirilməklə tibbi çeşidləmə müəssisəsinə göndərilməlidir. Laboratoriya müayinəsinin nəticəsindən asılı olaraq onun müalicəsi barədə yekun qərar qəbul edilir.

Təmasda olmuş şəxslərin dairəsini gigiyena və epidemiologiya mərkəzlərinin mütəxəssisləri 12 saat ərzində müəyyən edir və onlar barədə tibbi müşahidənin aparılması üçün ərazi ambulator-poliklinika müəssisəsinə, yaxud tabeliyində sanitariya nəzarətini həyata keçirən tibb müəssisələri olan orqanlara məlumat verir. Həmin şəxslərin dairəsinin müəyyən edilməsinə daxili işlər orqanları da cəlb olunurlar.

Yoluxucu xəstəliyə yoluxmuş şəxslə təmasda olan şəxslər yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülürlər. Onların üzərində tibbi müşahidəni ərazi ambulator-poliklinika müəssisəsi gündəlik olaraq telefon vasitəsilə həyata keçirir.

Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs bu tələblərə riayət etməlidir:

– onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir;

– şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir;

– mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir;

– ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır.

2019-cu ilin dekabrında Çində koronavirus xəstəliyi üzə çıxaraq dünyanın 215 ölkə, ərazi və məkanına yayılıb, 419 mindən çox adam ölüb.

Azərbaycanda 8530 nəfər koronavirus infeksiyasına yoluxub, onların 4720-si müalicə olunaraq sağalıb, 102-si dünyasını dəyişib, 3708-i xəstəxanalarda yatır.

Operativ qərargahın 10 iyun məlumatı

  • 10 İyun 2020

SMS gələcək

  • 11 İyun 2020

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya göyü minalamaq istəyir – “Forbes”

comments
Dünyanın səsiManşetXəbər

Avropa Məhkəməsindən yeni cərimələr

comments
Xəbər

Yeni turizm kompleksinin təməli qoyulub

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın ən varlı 10 qadını

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya göyü minalamaq istəyir – “Forbes”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya göyü minalamaq istəyir – “Forbes”

comments
Dünyanın səsiManşetXəbər

Avropa Məhkəməsindən yeni cərimələr

comments
Xəbər

Yeni turizm kompleksinin təməli qoyulub

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın ən varlı 10 qadını

comments
ManşetXəbər

Seçki qurumu seçim ərəfəsində

comments
Dünyanın səsiManşetXəbər

Sərhəddə gərginlik, Ermənistana xəbərdarlıq

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə əhali

comments
Xəbər

İki tibb müəssisəsində həbslər

comments
Xəbər

Hüseyn Abdullayevin səhhəti pisləşib

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Peyvənddən imtina edənlər üçün ən təhlükəli an – “Vaşinqton Post”

comments
ManşetŞərh

Natamam hesabat

comments
Dünyanın səsiManşetXəbər

Ukraynaya dəstək çağırışı

comments
Xəbər

Bank sektoru üzrə statistika

comments
ManşetXəbər

Kredit, əmanət, problemli kredit

comments
Xəbər

31733 aktiv xəstə var

comments
Xəbər

“Qarabağ”, ya “Neftçi”?

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

comments
Xəbər

2889 şəhid, 24 itkin

comments
Xəbər

Hasilat da azalıb, ixrac da

comments
Xəbər

Büdcənin üç ayı

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda