• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Koronavirus: milli statistikaya nəzər

  • 08 İyun 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Novator.az koronavirus xəstəliyi ilə bağlı milli statistikaya nəzər salıb.

İyunun 8-dək Azərbaycanda 7553 nəfər koronavirus infeksiyasına yoluxub: onların 4149-u müalicə olunaraq sağalıb, 88-i vəfat edib, 3316-sı xəstəxanalardadır.

2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma fevralın 28-də qeydə alınıb. Xəstələnən şəxsin İrandan Azərbaycana keçən Rusiya vətəndaşı olduğu açıqlanıb.

Fevralın 29-da İrandan qayıdan 2 Azərbaycan vətəndaşının koronavirusa yoluxduğu xəbər verilib.

Martın 5-də İrandan gələn 3 nəfərdə koronavirus aşkarlanıb.

Martın 6-da İrandan gələn 3 Azərbaycan vətəndaşının koronavirusa yoluxması rəsmiləşib.

Martın 9-da İrandan qayıdan 2 Azərbaycan vətəndaşında koronavirus aşkarlandığı bəyan olunub.

Martın 10-da İrandan qayıdan 2 Azərbaycan vətəndaşında koronavirus aşkarlandığı, koronavirusa yoluxmuş 3 nəfərin sağaldığı xəbər verilib.

Martın 11-də biri İrandan, digəri İtaliyadan gələn 2 Azərbaycan vətəndaşının yoluxduğu açıqlanıb.

Martın 12-də İrandan qayıdandan sonra karantinə alınan 1969-cu il təvəllüdlü Azərbaycan vətəndaşının (qadının) vəfat etdiyi bildirilib. Bu, ilk itki olub.

Martın 13-də İran və İtaliyadan qayıdan 4 Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Martın 14-də daha 3 nəfərin koronavirusdan sağaldığı xəbər verilib. Həmin günə olan rəsmi statistikaya görə, Azərbaycanda ümumən 19 nəfər koronavirusa yoluxub, onların 6-sı sağalıb, 1-i dünyasını dəyişib.

Martın 15-dən yoluxmalar artmağa, ardınca yeni itkilər qeydə alınmağa başlayıb. Ayın sonunda ümumilikdə 298 nəfərin koronavirus infeksiyasına yoluxduğu, 26 nəfərin müalicə olunaraq sağaldığı, 5 nəfərin vəfat etdiyi açıqlanıb.

Aprelin 10-na ümumi rəsmi statistika belə olub: 991 yoluxma, 159 sağalma, 10 ölüm.

Aprelin 20-dək 1436 yoluxma, 791 nəfər sağalma, 19 itki rəsmiləşib.

Ay bu nəticələrlə bitib: 1804 yoluxma, 1325 sağalma, 24 ölüm.

Mayın 10-dək 2519 yoluxma, 1650 sağalma, 32 itki qeydə alınıb.

Mayın 20-nə ümumi statistika belə göstərilib: 3631 yoluxma, 2253 sağalma, 43 ölüm.

Aya bu nəticələrlə nöqtə qoyulub: 5494 yoluxma, 3428 sağalma, 63 itki.

Ölkədə xüsusi karantin rejimi var: sərhədlər qapadılıb; Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış yasaqlanıb; təhsil müəssisələri bağlanıb; dəfn istisna olmaqla yas mərasimlərinə, bütün kütləvi tədbirlərə, toylara qadağa qoyulub və başqa məhdudiyyətlər tətbiq edilib.

İyunun 6-dan 8-dək Bakı, Lənkəran, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda tam hərəkət qadağası qüvvədə olub.

Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı

Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi

Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər

Koronavirus qadağaları

Operativ qərargahdan məhdudiyyətlər

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır

Yeni cəzalar təsdiqləndi

Ən son qadağalar

Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu

Karantin mayın 4-dək uzadıldı

Karantini yumşaltmaq qərarı verildi

Karantin uzadıldı, şərtlər yeniləndi

Yumşalmalar qüvvəyə minib

Yeni qərar: karantin necə yumşaldılır?

Karantindən çıxmayan sahələr

Koronavirus: karantin yenilikləri, rəsmi hesabat

Hansı qadağalar qalır?

Yeni cərimələr qüvvəyə minib

Yoluxma və itki artır, qadağalar gəlir

Operativ qərargah yeni qərar qəbul edib

Yeni karantin qərarı

 

Operativ qərargah: daha 4 itki var

  • 07 İyun 2020
  • comments

Kabinetdə baş veteran kimdir?

  • 08 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda