• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kabinetdə baş veteran kimdir?

  • 08 İyun 2020
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Nazirlər Kabinetinin veteranı Əbülfəs Qarayev bu il mayın 21-də mədəniyyət naziri vəzifəsindən azad edildi. O, mədəniyyət naziri vəzifəsinə 2018-ci ildə təyinat almışdı.

1994-cü ildən Əbülfəs Qarayev gənclər və idman naziri, 2001-ci ildən gənclər, idman və turizm naziri, 2006-cı ildən mədəniyyət və turizm naziri postlarını tutub.

Novator.az bildirir ki, indi Nazirlər Kabinetində baş veteran fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Kəmaləddin Heydərov 1995-ci ildən 2006-cı ilə – nazir təyin olunanadək Dövlət Gömrük Komitəsinin sədri olub.

Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətə 1997-ci ildə gətirilib. 1999-cu ilədək Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinə sədrlik edib, 2003-cü ilədək baş nazirin müavini postunu tutub.

Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziri, Elçin Quliyev 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisidir.

Nazirlər Kabinetində yer alan daha 3 nəfər İlham Əliyevin prezidentliyinə qədər yüksək postlarda xidmət edib.

İlham Əliyev 2003, 2008, 2013-cü illərin oktyabr aylarında və 2018-ci ilin aprel ayında prezident seçilib. 1993-cü il iyunun 24-dən 2003-cü il oktyabrın 31-dək isə onun atası Heydər Əliyev dövlət başçısı olub.

2019-cu ildən baş nazir olan Əli Əsədov 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini, 2017-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifələrində işləyib.

2006-cı ildən maliyyə naziri olan Samir Şərifov 2001-ci ildən Dövlət Neft Fondunun icraçı direktoru postunu tutub.

2013-cü ildən müdafiə naziri olan Zakir Həsənov 2003-cü ilin yanvarından daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı vəzifəsində çalışıb.

Məhkəmə, hüquq mühafizə, müdafiə, təhlükəsizlik sistemlərində yüksək vəzifələr tutan 4 nəfər Heydər Əliyev dövrünün kadrlarıdır.

2005-ci ildən Ali Məhkəmənin sədri olan Ramiz Rzayev 1995-ci ildən ölkənin hərbi prokuroru, 2000-ci ildən baş prokurorun birinci müavini vəzifələrində çalışıb.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu dövlət aparatına 1994-cü ildə gətirilib.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev 1993-2007-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini tutub.

Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 1994-2019-cu illərdə daxili işlər naziri olub.

Digər qurumlara gəlincə, Elman Rüstəmov 1995-ci ildən Mərkəzi Bankın (2009-cu ilədək Milli Bankın) sədri postundadır.

Prezident Administrasiyasının vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov aparata 1996-cı ildə təyinat alıb.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov 2000-2001-ci illərdə dövlət əmlakı nazirinin müavini vəzifəsində çalışıb, 2005-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olub.

Prezident Administrasiyasının hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev isə Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ilədək də şöbə müdiri idi.

 

Koronavirus: milli statistikaya nəzər

  • 08 İyun 2020
  • comments

Hasilatda yeni razılaşma

  • 08 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda