Almaniya hökuməti iqtisadiyyatın dirçəldilməsi üçün 130 milyard avro ayırıb. Novator.az-ın məlumatına görə, rəsmi açıqlamada yardım paketinin əsasən yeniliklərə yatırım xarakteri daşıdığı, istehlak xərclərinə təkan vermək və sosial sıxıntıları azaltmaq məqsədi güddüyü bəyan olunub.
Koronavirus pandemiyasının təsirinə məruz qalan Almaniya iqtisadiyyatı tənəzzül keçirir. May ayında işsizlik 5,8%-dən 6,3%-ə yüksəlib. Federal Əmək Agentliyi iş yerləri pandemiya üzündən tam və ya qismən dayanan şəxslərin maaşının azı 60%-ni ödəyir.
Kansler Angela Merkel deyib ki, iqtisadiyyata 130 milyard avroluq dəstək proqramı iş yerlərini qorumaq və iqtisadi fəallığı artırmaq hədəfi qoyub. 2020-2021-ci illəri əhatə edən dəstək paketində borclu bələdiyyələrə yardım, ailələrə hər uşağa görə 300 avro verilməsi kimi məsələlər də yer alır.
Hökumət həmçinin iyulun 1-dən 6 ay ərzində əlavə dəyər vergisini 5-7%-ə endirəcək. Hazırda əlavə dəyər vergisi 16-19% arasında dəyişir.
İlkin Nizami