• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Uşaqlarla bağlı dövlət planı

  • 03 İyun 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev iyunun 2-də sərəncam imzalayaraq Azərbaycanın uşaqlara dair strategiyasını təsdiqləyib. 2020-2030-cu illəri əhatə edən strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi seçilib. Nazirlər Kabinetinə strategiyanın 2020-2025-ci illərdə icrası üzrə fəaliyyət planı layihəsini 3 ay müddətində hazırlamaq tapşırılıb.

Novator.az-ın məlumatına görə, strategiyanın prioritet istiqamətləri belə sıralanır:

– uşaq hüquqlarının təmin edilməsinə dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi;

– yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi;

– uşaq hüquqlarının müdafiəsi, onların problemlərinin həlli sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu istiqamətdə mütəxəssislərin hazırlanması;

– uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi;

– çətin şəraitdə yaşayan uşaqların aşkarlanması və onlar barəsində təxirəsalınmaz sosial müdafiə tədbirləri üçün işlək mexanizmin yaradılması;

– baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi;

– alternativ qayğı xidmətlərinin (himayədar (foster) qayğı xidməti, ailə tipli kiçik qrup evi) tətbiqi və inkişaf etdirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübəyə əsaslanan tələblərin müəyyənləşdirilməsi;

– uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması ilə bağlı qanunvericiliyin təhlili və təkmilləşdirilməsi;

– ədalət mühakiməsinin həyata keçirilməsi zamanı uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin təhlili və təkmilləşdirilməsi.

Nazirlər Kabineti ildə bir dəfə prezidentə strategiyanın icrası barədə hesabat verməlidir.

Strategiyanın icrasından gözlənən nəticələr bunlardır: uşaq hüquqlarının müdafiəsi ilə bağlı çevik institusional mexanizmin formalaşdırılması; erkən yaş dövründə uşaqların fiziki və psixoloji inkişafı ilə bağlı tədbirlərin effektivliyinin artırılması; xüsusi qayğıya ehtiyacı olan uşaqların daha keyfiyyətli təhsillə, tibbi və sosial xidmətlərlə əhatə olunması; çətin həyat şəraitində olan ailələrin uşaqlarının sosial müdafiəsinin daha da gücləndirilməsi; uşaqların istedadlarının və bacarıqlarının inkişaf etdirilməsi, onların milli-mənəvi ruhda tərbiyə edilməsi istiqamətində tədbirlərin səmərəliliyinin artırılması.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Bahar Muradova sədrlik edir. 1962-ci il təvəllüdlü Bahar Muradova Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.

2000-2020-ci illərdə Milli Məclisin deputatı, 2005-ci ildən parlament sədrinin müavini olub.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

Yeni cərimələr qüvvəyə minib

  • 02 İyun 2020
  • comments

Harada nə qədər əmanət qoyulub?

  • 03 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gender
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda