• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan və ailə üzvləri koronavirusa yoluxub

  • 01 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus infeksiyasına yoluxduğunu açıqlayıb. Novator.az-ın məlumatına görə, baş nazir iyunun 1-də özünün “Facebook” səhifəsində canlı efirə çıxaraq deyib ki, cəbhə bölgəsinə yollanmaq istədiyi üçün mayın 31-də koronavirus testindən keçib: “Test mənim koronavirus infeksiyasına yoluxduğumu ortaya çıxardı. Ailə üzvlərim də yoluxub”.

Nikol Paşinyan bir müddət ev şəraitində çalışacağını vurğulayıb.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi 373 mindən çox adamın həyatına son qoyub. Ermənistanda 9282 nəfər koronavirusa yoluxub, 131 nəfər ölüb.

1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulan Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib. Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanaraq hökumət qurub.

Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “Aykakan jamanak” qəzetinin baş redaktorudur. Onların oğlu Aşot Paşinyan 2018-ci ilin iyul ayından Dağlıq Qarabağda hərbi xidmət keçir. Ailənin üç qızı var.

Bölgələr üzrə kredit statistikası

  • 01 İyun 2020
  • comments

190 manata davam təklifi

  • 01 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda