• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hansı qadağalar qalır?

  • 31 May 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Mayın 31-i Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı yeni qərar rəsmiləşib. Novator.az bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə bu məhdudiyyətlər qüvvədə qalır:

– yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxışın dayandırılması;

– xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından sərnişin daşımalarının dayandırılması;

– bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

– “ASAN xidmət” və DOST mərkəzləri istisna olmaqla digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

– dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

– bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması (açıq havada idman yarışlarının tamaşaçısız keçirilməsi istisna olmaqla);

– tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

– qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) dayandırılması;

– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;

– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

– Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə saat 22-dən 8-dək yerində xidmətin dayandırılması;

– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarətinin qadağan edilməsi;

– idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

– masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi 371 mindən çox adamın həyatına son qoyub.

Azərbaycanda 5246 nəfərin koronavirusa yoluxması müəyyən edilib, onların 3327-si müalicə olunaraq sağalıb, 61-i dünyasını dəyişib, 1858-si xəstəxanalarda yatır.

Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı

Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi

Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər

Koronavirus qadağaları

Operativ qərargahdan məhdudiyyətlər

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır

Yeni cəzalar təsdiqləndi

Ən son qadağalar

Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu

Karantin mayın 4-dək uzadıldı

Karantini yumşaltmaq qərarı verildi

Karantin uzadıldı, şərtlər yeniləndi

Yumşalmalar qüvvəyə minib

Yeni qərar: karantin necə yumşaldılır?

Karantindən çıxmayan sahələr

Koronavirus: karantin yenilikləri, rəsmi hesabat

Yoluxma statistikası

  • 30 May 2020
  • comments

Məzənnələrin beş ayı

  • 31 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda