• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Karantindən sonra: psixoloqlar nə düşünür?

  • 26 May 2020
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərh

Koronavirus pandemiyası və onun qarşısını almaq üçün tətbiq olunan karantin rejimləri müxtəlif xalqlara müxtəlif cür təsir edəcək. Psixoloq Eddi Mörfi bu fikirdədir. Novator.az-ın məlumatına görə, psixoloq “Euronews” kanalına müsahibəsində deyib ki, istənilən halda ayrı-ayrı insanlarda stress və nigaranlıq artıb və bu proses hələ davam edir.

Eddi Mörfi bildirib ki, insanları stressdən qurtarmaq üçün mərhələli şəkildə iş aparmağa ehtiyac olacaq, əlil uşaqlar və digər həssas qruplar üçün isə xüsusi hazırlıqlar görmək lazım gələcək.

Mörfinin fikrincə, karantinin təsiri təkcə mənfi çalarda deyil: “Karantinlər həm də münasibətlərdə vacib olanlarla vacib olmayanları saf-çürük etmək, şəxsi əlaqələri yenidən dəyərləndirmək üçün yaxşı fürsətdir”.

Başqa psixoloq Veronika Lamarşenin sözlərinə görə, ailələr üçün karantin sanki ağ səhifədir: “Fikrimizi cəmləşdirə, o səhifələri yenidən yaza bilərik. Bəzi cütlüklər, təbii ki, bu dövrdə baş-başa olduqları vaxtı qiymətləndirir”.

Bununla belə, Veronika Lamarşe hesab edir ki, boşanmaların sayı artacaq.

Psixoloq Bencamin Voyer düşünür ki, karantin insanlara öz doğmalarının yanında qalmağın dəyərini anladıb: “İnsan təbiətcə çox sosialdır. Canlı ünsiyyətin virtual variantla əvəz edilməsinin də, şübhəsiz, dəyəri var, amma adamlar virtual ünsiyyətin necə yorucu olduğunu gördülər. Canlı ünsiyyət adamlara daha xoş hisslər bəxş edir”.

Voyerin fikrincə, insanlar “normal” həyatı yenidən sınamalı, yaxud yenidən yaratmalıdırlar. Psixoloq vurğulayıb ki, adamlar artıq hər şeyin virtual variantını gördülər və gələcəkdə sosial məhdudiyyətlərlə qarşılaşarkən bu təcrübə faydalı olacaq.

İlkin Nizami

100 min nəfərdən çox əhalisi olan bölgələr

  • 26 May 2020
  • comments

Qarabağdakı “hökumətin” yeni strukturu

  • 26 May 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda