Nazirlər Kabineti yanında operativ qərargahın 23 may məlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına daha 127 yoluxma qeydə alınıb, 107 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1948, 1952 və 1982-ci il təvəllüdlü 3 xəstə vəfat edib.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi 340 mindən çox adamın həyatına son qoyub.
Azərbaycanda ilk yoluxma fevralın 28-də, ilk itki martın 12-də qeydə alınıb.
Rəsmi hesabatda ümumən 3982 nəfərin koronavirusa yoluxduğu, onların 2506-nın müalicə olunaraq sağaldığı, 49-nun dünyasını dəyişdiyi, 1427-nin xəstəxanalarda olduğu bildirilir.