• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

DOST mərkəzində açıqlama

  • 20 May 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

AZƏRTAC-ın arayışına görə, Heydər Əliyev prospektində yerləşən mərkəzdə paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək.

2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların 5-i Bakıda, 26-sı regionlarda olacaq.

Yeni istifadəyə verilən mərkəzlə tanışlıqdan sonra prezident Azərbaycan Televiziyasına müsahibə verib. İlham Əliyev deyib ki, DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə islahatların əyani təzahürüdür: “Artıq üçüncü mərkəz açılır və ilk iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıb. Burada göstərilən xidmətlər sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır”.

Dövlət başçısı sosial sektorun daim prioritet sahə olduğunu vurğulayıb: “Xüsusilə son müddət ərzində – keçən il və bu il sosial sahə daha da böyük prioritetdir. Ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi. Bu sosial paketin əhatə dairəsi çox geniş idi – 4 milyon 200 min insan sosial paketlə təmin edildi. Bunun içərisində minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox qaldırılması məsələləri var. Müavinətlər qaldırıldı – bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə. Problemli kreditlərlə bağlı məsələ öz həllini tapdı. Biz bu məqsədlər üçün milyardlarla manat ayırdıq və 4,2 milyon insanın güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı.

2020-ci ilin əvvəlindən bu meyillər daha da güclənib. Minimum əməkhaqqı və orta əməkhaqqının, orta pensiyanın artırılması göz qabağındadır. Manatın məzənnəsi də sabitdir, insanların real gəlirləri artır, inflyasiya aşağı səviyyədədir. Bu sahədə görülən işlər keçən il görülmüş işlərin məntiqi davamıdır.

Bu ilin xüsusiyyəti ondadır ki, biz pandemiya dövründə yaşayırıq. Pandemiyaya bizim cavabımız çoxşaxəli oldu. O cümlədən sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atıldı. Dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödəndi, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsini dövlət ödədi. İşsiz vətəndaşların, aztəminatlı təbəqənin, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən insanların sosial təminatı təşkil edildi, hər birinə 190 manat vəsait ayrıldı. Bu kateqoriyadan olan insanların sayı az deyil, 600 mindir. Bu işlərin hamısı böyük maliyyə resursları tələb edir. Ünvanlı sosial yardımla əhatə olunan insanların sayı kəskin artır. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənir.

Eyni zamanda 90 min ödənişli ictimai iş yerinin açılması nəzərdə tutulur. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur. Bu proqramın bir hissəsini Dünya Bankı ilə birlikdə icra edirik. Yəni bütövlükdə bu sahəyə ayrılan diqqəti və vəsaiti nəzərə alsaq, görərik ki, bu gün bizim üçün bu, prioritetdir və belə də olmalıdır”.

Əli Kərimli: “Azərbaycan da dəyişəcək”

  • 20 May 2020
  • comments

Turizm: gələn 36,5 faiz, gedən 42,3 faiz azalıb

  • 20 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda