• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsa Qəmbərin Paşinyana cavabı

  • 19 May 2020
0
SHARES
FacebookTwitterPinterest

Mayın 16-sı Yerevanda mətbuat konfransı keçirən Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, azərbaycanlıların bir qismi 1941-1945-ci illərin Almaniya-SSRİ müharibəsində almanlar tərəfdən döyüşüb. O, faşist Almaniyası tərəfdən döyüşən Azərbaycan legionunun yaradılmasında Məhəmməd Əmin Rəsulzadənin xüsusi rol oynadığını iddia edib.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideridir.

1884-cü il yanvarın 31-də doğulan Məhəmməd Əmin Rəsulzadə 1903-cü ildə Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradıb. 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının nəzdində “Hümmət” Sosial Demokrat Təşkilatının yaradıcılarından olub. 1907-ci ildə RSDFP-dən uzaqlaşıb rus müstəmləkə üsul-idarəsinə qarşı fəaliyyətə başlayıb.

1911-ci ildə Müsavat Partiyasının qurulmasında iştirak edib. Partiyanın ilk başqanı olub. 1918-ci ildə Azərbaycanın müstəqilliyini bəyan edən Milli Şuraya sədrlik, daha sonra Azərbaycanın ilk parlamentində Müsavat fraksiyasına başçılıq edib.

1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə həbs olunub, azadlığa çıxandan sonra Moskvada yaşayıb. 1922-ci ildə Finlandiyaya, oradan Fransaya, sonra Türkiyəyə gedib. 1955-ci il martın 6-sı Ankarada vəfat edib, “Əsri” qəbiristanlığında dəfn olunub.

Novator.az-ın məlumatına görə, Azərbaycan parlamentinin sabiq sədri, Müsavatın keçmiş başqanı, partiya Məclisinin üzvü İsa Qəmbər Nikol Paşinyanın Azərbaycan Cümhuriyyətinin və Müsavat Partiyasının qurucusuna böhtan atdığını bəyan edib. O, “Facebook” səhifəsində yazıb ki, Azərbaycan ziyalıları, tarixçi alimlər, Müsavat Partiyası rəhbərliyi, başqa siyasətçilər Paşinyana tutarlı cavablar verib, onun cəfəngiyatını elmi sübutlarla darmadağın ediblər: “Mən məsələnin başqa bir cəhətinə diqqət cəlb etmək istəyirəm. 2018-ci ilin birinci yarısında hakimiyyətə gələn Paşinyan mürəkkəb daxili və beynəlxalq amillərin nəticəsində unikal bir şans əldə etmişdi. O, korrupsiya və monopoliyaları, repressiya və saxtakarlığı aradan qaldıraraq, Qarabağ məsələsində gerçəkçi bir mövqe tutaraq, saxta soyqırımı manipulyasiyasına son qoyaraq Ermənistanı böhran vəziyyətindən çıxara, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinə start verə və ölkəsinin Avropaya həqiqi inteqrasiyasına nail ola bilərdi.

Lakin yarımçıq, diletant və populist fəaliyyəti ilə bütün bu imkanları demək olar ki, itirən Paşinyan üstəlik son dövrdə davranışları ilə, “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarının və ümumi Qafqaz evi ideyasının əsas müəllifi Məhəmməd Əmin Rəsulzadəyə qərəzli hücumları ilə siyasətdə və dövlət idarəetməsində təsadüfi bir fiqur olduğunu ortaya qoymuş oldu”.

1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.

1975-ci il təvəllüdlü Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir.

2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib. Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

Hüququn faydası, faydalı hüquq

  • 19 May 2020

Xudafərin sualları

  • 19 May 2020

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Türkiyənin razılığı Putinə zərbədir – “Nyu-York Tayms”

comments
AktualManşetŞərh

Dalana doğru

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Türkiyənin razılığı Putinə zərbədir – “Nyu-York Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Türkiyənin razılığı Putinə zərbədir – “Nyu-York Tayms”

comments
AktualManşetŞərh

Dalana doğru

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
AktualDünyanın səsiManşetŞərh

Uyğur müsibəti Ukrayna müsibəti kimidir – “Politico”

comments
AktualManşetŞərh

Ehtiyat bankın yaraşığıdır?

comments
ManşetŞərh

Talan dəyişikliyi

comments
AktualDünyanın səsiManşetŞərh

Putin Navalnını sındırmağa çalışır – “Vaşinqton Post”

comments
AktualManşetŞərh

Üsulun üsuldan fərqi

comments
AktualManşetŞərh

Yol niyə bağlıdır?

comments
AktualManşetŞərh

Sabit gerilik

comments
AktualManşetŞərh

Sərfəli müharibə

comments
AktualDünyanın səsiManşetŞərh

Putin bunu gözləyir, imkan vermək olmaz – “Vaşinqton Post”

comments
Dünyanın səsiManşetŞərh

Putin rus anaları daima susdura bilməz – “Bloomberg”

comments
AktualManşetŞərh

Statistikadan boylanan yoxsulluq

comments
AktualManşetŞərh

Gəlir xeyir gətirmir?

comments
AktualManşetŞərh

Vizanın ziyanı

comments
Dünyanın səsiManşetŞərh

Putinə nə olub? – “Politico” qəzeti

comments
AktualDünyanın səsiManşetŞərh

Putini tərk edənlərin sayı niyə azdır? – “Bloomberg”

comments
AktualManşetŞərh

Türkiyədə hakimiyyət dəyişikliyinə hazır olmalı

comments
Dünyanın səsiManşetŞərh

Heç kim bu silahdan gizlənə bilməz – “Nyu-York Tayms”

comments
ManşetŞərh

Bahalıqdan iki çıxış

comments
ManşetŞərh

Yeni sanksiya Rusiyanı nə qədər vurar?

comments
Dünyanın səsiManşetŞərh

İndi Putinlə sövdələşmə axtarmaq vaxtı deyil – “Vaşinqton Post”

comments
AktualManşetŞərh

Büdcənin söküntüsü

comments
AktualManşetŞərh

Gömrük yükü

comments
AktualManşetŞərh

İnhisarçı basqı

comments
Dünyanın səsiManşetŞərh

“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?

comments
Dünyanın səsiManşetŞərh

Putin milyonlarla insanı acından qırır – “Vaşinqton Post”

comments
AktualManşetŞərh

Təklif və suallar

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda