Mayın 18-də Nazirlər Kabinetinin koronavirus pandemiyasına görə tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı yeni qərarı qüvvəyə minib. Novator.az bildirir ki, qərara əsasən, ölkədə bu məhdudiyyətlər qüvvəsini saxlayır:
– yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxışın dayandırılması;
– xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından sərnişin daşımalarının dayandırılması;
– bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;
– Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarında (qurumlarında) xüsusi iş rejimində işə cəlb edilən işçilərin say həddinin məhdudlaşdırılması;
– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
– dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;
– bütün kütləvi tədbirlərin, o cümlədən mədəniyyət və idman tədbirlərinin keçirilməsinin dayandırılması;
– tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;
– qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) dayandırılması;
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;
– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
– nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılıması;
– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;
– Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə saat 18-dən 8-dək yerində xidmətin dayandırılması;
– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarətinin qadağan edilməsi;
– idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması.
2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 213 ölkə və əraziyə yayılıb, 316 mindən çox adam ölüb.
Azərbaycanda 3274 yoluxanın 2015-i müalicə olunaraq sağalıb, 39-u dünyasını dəyişib, 1220-si xəstəxanalardadır.
Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı
Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi
Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər
Operativ qərargahdan məhdudiyyətlər
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır
Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu
Karantini yumşaltmaq qərarı verildi