• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Korrupsiyanı yenmək modeli

  • 12 May 2020
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Natiq Cəfərli

Azərbaycanda büdcə korrupsiyasının, ümumiyyətlə korrupsiya elementlərinin çox səbəbi var: nəzarət mexanizminin zəif olması, cəzasızlıq mühiti, idarəetmənin özünün fəlsəfəsi, işləmə qaydalarındakı alver mühitinin labüdlüyü… Korrupsiya elementlərini tək bir səbəblə izah etmək çətindir.

Təbii ki, maaşların azlığının da bura təsirləri var. Yəni səlahiyyətli adamların maaşının az olması müqabilində səlahiyyətlərin onlara verdiyi imkanlar qarşısında çoxları tab gətirə bilmir, onlar səlahiyyətlərindən doğan maddi maraq gözləntilərini doğrultmağa çalışırlar.

Korrupsiyanın içində çox dərin “fəlsəfə” var.

Bir neçə il öncə ölkələrdə tələbələrin gələcək karyeraları haqqında sorğu keçirilmişdi. ABŞ-da cəmi 4 faiz tələbə gələcəkdə öz karyerasını dövlət işində, nazirliklərdə, dövlət aparatında görürdü. Avropada bu, 9 faizə yaxın idi. Çünki Avropada bir az başqa mədəniyyət var. Amma Azərbaycanda 84-85 faiz tələbə öz karyerasını dövlət sektorunda görürdü. Gənclər bilir ki, gələcək həyatını təmin etmək üçün dövlətdə çalışmaq, dövlətin büdcəsindən yararlanmaq onların karyerasında mühüm rol oynaya bilər . Yəni Azərbaycanda dövlət işinə könül işi kimi baxmırlar, hökumətdə çalışmağa ideoloji-fəlsəfi yanaşma yoxdur, ancaq maddi maraq üzərindən vəzifəyə gəlməyə çalışırlar.

Bu, illərdir oturuşmuş sistemin gətirdiyi nəticələrdir. Bunun ortadan qaldırılması üçün nəzarət mexanizmi gücləndirilməli, qanunvericilik yenilənməli, daha çevik və operativ qanunlar olmalıdır. Ən əsası, yeni ana yasa qəbul edilməlidir. Eyni zamanda cəza mexanizmi gücləndirilməli, ədalət mexanizmlərinə qeyri-hökumət təşkilatları və medianın qoşulmasına imkan yaradılmalıdır. İstənilən ölkədə korrupsiyaya qarşı ən effektiv mübarizə üsullarından biri vətəndaş, media nəzarətidir. İnkişaf etmiş hər hansı ölkənin qanunvericiliyinə baxsanız görəcəksiniz ki, mediaya çıxan korrupsiya xəbəri hüquq mühafizə orqanlarına araşdırmaq üçün əsas yaradır. Azərbaycan qanunvericiliyində də buna bənzər maddələr var. Amma bu maddələr işlək deyil, həm də illərdir sivil toplum və media zəiflədilir, basqılara məruz qalır. Hökumət korrupsiya ilə mübarizədə səmimidirsə, mütləq QHT qanunvericiliyi yenilənməli, mediaya münasibət dəyişməlidir. Əslində medianın azad olması üçün də biznes mühiti yaxşılaşmalıdır, rəqabət olmalıdır ki, reklam bazarı inkişaf etsin.

Bütün bunlar, yəni mexanizmin zəif olması, nəzarətin zəifliyi, cəzasızlıq mühiti və özünün təminatı üçün büdcə təşkilatlarında, dövlətdə çalışmağın psixoloji baxımdan daha üstün vəziyyətdə olması korrupsiya hallarına, yeyintiyə, büdcədən qeyri-effektiv istifadə hallarına gətirib çıxarır. Yuxarıda söz açdığım sorğu əsasında məlum olmuşdu ki, ABŞ tələbələrinin, gənclərinin 96 faizi gələcəkdə öz karyeralarını böyük şirkətlərdə görürlər, ya da özləri iş qurmağa çalışırlar.

Azərbaycanda biznes mühiti genişlənməli, yaxşılaşdırılmalıdır. Həmçinin biznesdə rəqabətli mühit olmalıdır ki, insanların qazanc imkanları artsın. Belə olan halda gənclər dövlət işinə yox, biznesə maraq göstərəcəklər. Bu zaman da orta və kiçik sahibkarlıq inkişaf edəcək.

Hökumətin dövlətə və xalqa yanaşması kökündən dəyişməlidir. Yeni siyasət və yeni təfəkkürlər hakimiyyətə gəlməlidir və ümumilikdə dövlət idarəçiliyi demokratikləşdirilməli və şəffaf cəmiyyət qurulmalıdır. Bu köklü kompleks dəyişikliklər olmadan Azərbaycanda korrupsiyaya qalib gəlmək mümkün deyil…

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Hasilat və qiymət açıqlamaları

  • 12 May 2020
  • comments

Mədəniyyət Nazirliyindəki həbslərlə bağlı rəsmi aç...

  • 12 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda