• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublu nədən narazıdır?

  • 04 May 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublu istintaq təcridxanasındakı saxlanma şəraitindən gileylənib.

Tofiq Yaqublu martın 22-də tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun rəsmi məlumatına görə, Tofiq Yaqublu martın 22-si saat 15 radələrində idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Bakının Nizami rayonunun Naxçıvanski küçəsində qaydaları pozub, Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə toqquşub.

Tofiq Yaqublunun həmin vaxt avtomobildən çıxaraq Elxan Cəbrayılovla mübahisə etdiyi, nalayiq ifadələr işlətdiyi, yumruqla onun baş nahiyəsinə və vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirdiyi, Elxan Cəbrayılovun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirdiyi bəyan olunub.

Martın 23-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Siyasətçi Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır.

Aprelin 20-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Nizami Rayon Məhkəməsi aprelin 21-də Tofiq Yaqublunun ev dustaqlığına buraxılması barədə vəsatətə yox cavabı verib.

Novator.az-ın məlumatına görə, mayın 2-də Tofiq Yaqublu qızı Nigar Həzi ilə telefonla danışıb. Nigar Həzi özünün “Facebook” səhifəsində yazır ki, atasının əsas problemi paltarlarının içəri buraxılmamasıdır: “Belə davranışı çox məntiqsiz saydığını dedi. Necə olur çöldən təcridxanadakı marketə hər şey gətirilir, ancaq məhbusların qiyafələrini qəbul etmirlər? Həbs yerində gigiyenanın nə qədər önəmli olduğu bəllidir. Özü də belə bir zamanda. Məhbusu içəridə lazım olan şeylərlə təmin etmirlər, çöldən qəbul etməyə isə icazə yoxdur. Karantin vaxtının uzadılması isə vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq. Paltarlarını vermək üçün yenə cəhd edəcəm”.

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlər çərçivəsində həbs yerlərində saxlanan şəxslərin ziyarəti, onlara sovqat aparılması da qadağan olunub.

1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.

Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.

Yumşalmalar qüvvəyə minib

  • 04 May 2020
  • comments

Əli Kərimli: “Real müxalifətçiliyi sarsıtmaq mümkü...

  • 04 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda