• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Karantin uzadıldı, şərtlər yeniləndi

  • 01 May 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycanda daha 50 nəfər koronavirus infeksiyasına yoluxub, 40 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1957-ci il təvəllüdlü bir xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargah mayın 1-də belə xəbər yayıb.

Hesabata görə, ümumilikdə ölkədə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması müəyyən edilib, onların 1365-i müalicə olunaraq sağalıb, 25-i vəfat edib.

2019-cu ilin dekabrında Çində üzə çıxan pnevmoniya tipli koronavirus xəstəliyi 212 ölkə və əraziyə yayılıb, 234 mindən çox adam ölüb.

Başqa bir rəsmi açıqlamaya görə, Azərbaycanda infeksiyanı cilovlamaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimi mayın 31-dək uzadılıb.

Mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Nazirlər Kabinetinin qərarı ilə müəyyən ediləcək).

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə digər yumşalmalar belədir:

  • “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
  • xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
  • bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
  • bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla digər rayon və şəhərlərdə və Naxçıvan Muxtar Respublikasında yaşayış yerini SMS icazə ilə, İcaze.e-gov.az portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla digər rayon və şəhərlərdə və Naxçıvan Muxtar Respublikasında digər yumşalmalar belə sıralanır:

  • “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
  • dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;
  • restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);
  • bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;
  • qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);
  • xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
  • bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
  • bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.

Xüsusi karantin rejimində ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Ölkə üzrə bütün təhsil müəssisələrinin qapdılması 31 mayadək uzadılır.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən elektron imzadan istifadə etməklə İcaze.e-gov.az portalına daxil etdikdən sonra onların hərəkətinə yol verilir.

Köçəryana əməliyyat anonsu

  • 01 May 2020
  • comments

Palata sədri illik hesabat verib

  • 01 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda