• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Karantini yumşaltmaq qərarı verildi

  • 24 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Nazirlər Kabineti yanında operativ qərargah aprelin 24-də yeni məlumatlar yayıb. Açıqlamaya görə, Azərbaycanda daha 44 nəfər koronavirus infeksiyasına yoluxub, 65 nəfər müalicə olunaraq xəstəxanadan buraxılıb, 1935-ci il təvəllüdlü bir xəstə dünyasını dəyişib.

Qeyd olunur ki, ölkədə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması müəyyən edilib, onların 1013-ü müalicə olunaraq sağalıb, 21-i vəfat edib.

Xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilən 558 nəfərdən 16-nın vəziyyətinin ağır, 23-nün vəziyyətinin orta ağır olduğu vurğulanır.

Başqa bir açıqlamaya əsasən, sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel 2020-ci ildən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

27 aprel saat 00:00-dan “ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

Bu iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

– fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

– kitab satışı

– qəzet satışı

– dəftərxana mallarının satışı

– çap və surətçıxarma fəaliyyəti

– fotoatelye/fotostudiyalar

– fərdi mənzillərdə təmizlik xidmətləri

– dərzi xidmətləri

– kosmetika və ətriyyat satışı

– geyim satışı

– ayaqqabı və dəri məmulatlarının satışı

– qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

 – mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri

 – kompüter avadanlıqlarının satışı və təmiri

 – elektronika və məişət texnikasının satışı

 – mebel satışı

 – avtomobil satışı

 – kimyəvi məhsulların satışı

 – gül və bitki məhsullarının satışı

 – kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

 – gübrə və aqrokimyəvi məhsulların satışı.

Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır.

8103 nömrəsinə icazə almaq üçün bu hallarda müraciət olunacaq:

1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkimin verdiyi arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

2 rəqəmi – hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);

3 rəqəmi – yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 210 ölkə və əraziyə yayılıb, 192 mindən çox adam ölüb.

Azərbaycanda infeksiyanı cilovlamaq məqsədilə xüsusi karantin rejimi tətbiq olunub: sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, əksər ticarət məkanları, məişət xidməti yerləri bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi yasaqlanıb, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub.

Açılış, tanışlıq

  • 24 Aprel 2020
  • comments

“Özbaşınalığa yol vermək olmaz”

  • 24 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda