• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oqtay Gülalıyev necədir?

  • 20 Aprel 2020
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətində elə bir ciddi yenilik yoxdur.

Aprelin 20-də hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva “Azadlıq” radiosuna deyib ki, Oqtay gözlərini açır, əllərini hərəkətə gətirir: “Amma onda şüur oyanıqlığı hələ baş verməyib. Həkimlər indi daha çox çalışırlar ki, onu Türkiyədə geniş yayılmaqda olan koronavirus infeksiyasından qorusunlar. Bu virusa Oqtay kimi immuniteti zəif insanlar daha tez yoluxa bilirlər. Ona görə də hazırda həkimlər Oqtayı virusdan qorumağı əsas məsələ kimi diqqətdə saxlayırlar”.

Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u Bakıda minik avtomobili vurub. Kliniki Tibbi Mərkəzdə ilkin yardım göstərildikdən sonra Oqtay Gülalıyev koma vəziyyətində, ağır kəllə-beyin travması diaqnozu ilə “City Hospital”a köçürülüb. Oktyabrın 30-u orada əməliyyat olunan hüquq müdafiəçisi noyabrın 1-dən Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsində müalicə alıb.

Hüquq müdafiəçisi noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılaraq İstanbulun Avrasiya Hospitalına yerləşdirilib, noyabrın 19-u həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb, noyabrın 20-də və 2020-ci il yanvarın 10-da əməliyyat edilib.

Oqtay Gülalıyevin avtomobillə vurulması üzrə başlanmış cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunur. Rəsmi məlumata görə, hüquq müdafiəçisi 28 May və Puşkin küçələrinin kəsişməsində piyada keçidi ilə yolu keçərkən taksi sürücüsü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Kənan Abdullayev Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Müxalif mövqeyi ilə tanınan Oqtay Gülalıyev 2012-ci ilin aprel-iyun aylarında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb. Bu cinayət işi 2016-cı ilin oktyabrında xətm olunub.

Son illər Oqtay Gülalıyev dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqibə məruz qalır.

Oqtay Gülalıyevin vəziyyəti necədir?

Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?

Oqtay Gülalıyev reanimasiya şöbəsindədir

Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar

Oqtay Gülalıyevin durumu

Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib

Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü

Oqtay Gülalıyev İstanbula aparıldı

Oqtay süni nəfəs aparatından çıxarılıb

Oqtay Gülalıyevin ağciyərində infeksiya aşkarlanıb

Oqtay Gülalıyevlə bağlı bəyanat qəbul olunub

Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

Oqtay əməliyyat olundu

Oqtay Gülalıyev palataya köçürülüb

Heydər Əliyev Fondundan Oqtay Gülalıyev açıqlaması

Komada olan hüquq müdafiəçisi gözünü açıb

Oqtayın vurulması: yeni rəsmi açıqlama yayılıb

“Nərgiz” mükafatına Oqtay Gülalıyev layiq görüldü

Üçüncü əməliyyat

Mehman Əliyev Oqtay Gülalıyevə baş çəkib

Oqtay yaxşılaşır

Ramazan ayı: Qazılar Şurası bəzi mərasimləri keçir...

  • 20 Aprel 2020
  • comments

Dünya necə dəyişir?

  • 20 Aprel 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda