• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Karantini yumşaltmaq təklifi

  • 16 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

İqtisadçı Natiq Cəfərli Nazirlər Kabinetinin tətbiq etdiyi karantin rejimini yüngülləşdirməyə çağırır.

2019-cu ilin dekabrında Çində pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi üzə çıxaraq 210 ölkə və əraziyə yayılıb, 135 mindən çox şəxs ölüb.

Azərbaycanda 1253 nəfərin koronavirus infeksiyasına yoluxması bilinib, onların 404-ü müalicə olunaraq sağalıb, 13-ü dünyasını dəyişib, 836-sı xəstəxanalardadır.

Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, əksər ticarət məkanları, məişət xidməti yerləri bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi qadağan olunub, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub.

Aprelin 5-dən hərəkət məhdudiyyətlərini nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunur. Vətəndaşların böyük əksəriyyəti yaşayış yerini SMS-lə icazə alıb tərk edə bilər.

Məhdudiyyətlər aprelin 20-dək qüvvədədir.

Novator.az-ın məlumatına görə, Natiq Cəfərli özünün “Facebook” səhifəsində yazır ki, karantin rejimi daimi ola bilməz: “Bu həm iqtisadi, həm psixoloji problemlərin həndəsi silsilə ilə artmasına səbəb olur. Məncə, aprelin 20-dən karantin rejimi xeyli yüngülləşdirilməlidir. Bərbərxanaları və gözəllik salonlarını açmaq gərəkdir. Amma sosial məsafə qaydalarına ciddi əməl olunmalıdır, salonlara eyni anda maksimum 2 müştəri alına bilər, müştərilər əyləşən kreslolar arasında məsafə ən azı 3 metr olmalıdır. Ustalar maska və əlcək taxmalı, müştərilər həm salona girəndə, həm də çıxanda əllərini dezinfeksiya etməlidir.

Metronun açılması hələ tezdir, ona görə də marşrut avtobuslarının sayı kəskin artırılmalıdır ki, bir avtobusa minən sərnişin sayı maksimum dərəcədə az olsun. Həm sürücülər, həm sərnişinlər mütləq maska taxmalıdırlar.

İnşaat malları satan mağazalar açılmalıdır – evdə xırda təmir işlərinə ehtiyacı olanlar material tapa bilmirlər. Ustalara da gigiyenik qaydalara əməl etmək şərti ilə iş icazəsi verilməlidir.

Bulvar və parklar açılmalıdır – hava istiləşir, təmiz havada gəzmək immun sistemi üçün də yararlıdır. Amma qrup halında yürüş qadağan olunmalıdır. Tək-tək, maksimum 2 nəfər, sosial məsafə saxlamaq və maska taxmaqla gəzmək olar.

Telefon, kompüter, məişət avadanlığı təmiri yerləri də açılmalıdır.

SMS-lə icazə sistemi ləğv edilməlidir, bu həm effektiv deyil, həm də konstitusiyamıza uyğun addım deyil.

Ölkəni yavaş-yavaş açmaq lazımdır, anlamalıyıq ki, biz hələ uzun müddət bu virusla yaşmalı olacağıq, ən yaxşı üsullardan biri sosial məsafə və maskadırsa, belə yaşamağı öyrənməliyik.

Karantin rejimi sadələşdirildikdə məsuliyyətli davranmalıyıq. Əllə salam verməyi, görüşəndə öpüşməyi, çox insanla birgə qapalı məkanlarda toplanmağı, maskasız gəzməyi azı 1 il unutmalıyıq”.

Karantindən necə çıxaq?

2011-ci ildən bəri ilk dəfə

  • 16 Aprel 2020
  • comments

Neft büdcə qiymətindən nə qədər ucuzdur?

  • 16 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda