• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Bahalı manat” dalanı

  • 16 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Natiq Cəfərli

İstənilən ölkənin milli valyutası iqtisadi göstəricidir. İqtisadi institutları, birjası, qiymətli kağızlar bazarı olan dövlətlərdə məzənnə bazar iqtisadiyyatı qanunlarına görə tənzimlənir, hökumətlər məzənnə siyasətinə iqtisadi alətlərlə müdaxilə edir – milli valyutanı möhkəmləndirmək istəyəndə birjalardan dollar-avro satır, təklif artır, milli valyuta möhkəmlənir. Yox, əgər milli valyutanın dəyərdən düşməsi ümumi iqtisadi strategiya üçün lazımdırsa, o zaman hökumət özü birjadan dollar-avro almağa başlayır, valyuta təklifi azalır, milli valyuta ucuzlaşmağa başlayır.

Bizdə manatın məzənnəsini iqtisadi alət olmaqdan çıxarıb siyasi sabitlik göstəricisinə, simvoluna çeviriblər – ən böyük problem məhz budur. Birjalarda məzənnə müəyyən edilmir, edilə də bilməz – bunun üçün yüzlərlə, minlərlə valyuta satan və alan oyunçular, iqtisadi subyektlər lazımdır. Bizdə isə bir satıcı var – Mərkəzi Bank büdcəyə manat köçürülməsi üçün Neft Fondunun valyutasını satır. Cəmi 30 alıcı var – Mərkəzi Bank o valyutanı ancaq banklara təklif edir. Yəni 1 satıcısı, 30 alıcısı olan, əvvəlcədən də nə qədər dollar satılacağı məlum olan primitiv hərrac sistemində “üzən məzənnə” rejimi mümkün deyil.

Manatı uzun zaman sabit saxlamaq olar – bunun üçün Neft Fondunda dollar ehtiyatı var, amma bu, iqtisadi baxımdan məntiqlidirmi?! İndiki karantin rejimində ola bilər ki, bəli, məntiqlidir – sosial problemlər artıb, işsizlik çoxalıb, dollar da qalxsa, inflyasiya, qiymət artımı sürətlənəcək. Amma dünya da, Azərbaycan da uzun zaman karantində qala bilməz axı – iqtisadiyyat çökür, gec-tez iqtisadi münasibətləri yenidən işə salmaq lazım olacaq, bəs o zaman “sabit manat” bizə nə verəcək?!

Azərbaycan qeyri-neft istehsalını və ixracını artırmaq istəyirsə, “bahalı manat” ciddi əngələ çevrilir – qonşu ölkələrdən Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstanda milli valyutalar 15-25% arasında dəyər itirib, bu ölkələrə bizim istehsalçılar, aqrar sektor indiki şərtlərlə necə ixracat edəcək?! Tam tərsi – həmin ölkələrin milli valyutaları ucuzlaşıb deyə onlardan ölkəmizə ixrac artacaq, qonşulardan ixrac etmək daha ucuz və sərfəli olacaq.

Axı biz bu yolu 2005-2015-ci illərdə getmişik, axı gördük ki, fəxr etdiyimiz “bahalı manat” bizi idxaldan kəskin asılı vəziyyətə gətirdi, daxili istehsalı məhv etdi, istehsalı bahalı və sərfəli olmayan hala gətirdi.

Bundan dərs çıxardıqmı?!

Təəssüf ki, yox…

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

Statistika nələri nişan verir?

  • 16 Aprel 2020
  • comments

Milli Şuradan etiraz

  • 16 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda