• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hasilatın ixtisarı: nöqtə qoyuldu

  • 13 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) aprelin 12-də gündəlik hasilatı mərhələlərlə azaltmaq barədə yekun razılıq əldə ediblər.

Novator.az-ın məlumatına görə, may-iyun aylarında hasilat 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barrel həcmində azaldılacaq.

Azərbaycan gündəlik neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.

İyul-dekabr aylarında gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 8 milyon barrel azaldılması planlaşdırılır. Həmin dövrdə Azərbaycanın gündəlik hasilatı 587 min barrel səviyyəsində olmalıdır.

2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 6 milyon barrel azaldılması nəzərdə tutulur. Azərbaycan həmin dövrdə hasilatı 620 min barrel həcmində saxlamağa razılıq verib.

Aprelin 9-da əldə edilmiş razılaşma ilkin mərhələdə hasilatın 10 milyon barrel azaldılması şərti yer alırdı. Meksika mayın 1-dən gündəlik hasilatı 400 min barrel deyil, 100 min barrel azaltmaq istədiyi üçün şərtlərə yenidən baxılıb. Bu ölkənin öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ öz hasilatını 300 min barrel azaldacaq.

AZƏRTAC-ın 13 aprel məlumatına əsasən, London birjasında brent markalı neftin barreli 32,67 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 23,72 dollara təklif olunur.

Azərbaycanın 2020-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43 dollarla başlayıb.

Mart ayından başlayaraq neft dünyanı bürüyən koronavirus xəstəliyi fonunda kəskin ucuzlaşıb.

Yeni rəsmi məlumat

  • 12 Aprel 2020
  • comments

Virus dönəminin dərsləri

  • 13 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda