• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlkin Rüstəmzadəni polisə çağırırlar

  • 08 Aprel 2020
  • Posted in ManşetXəbər
0
SHARES
FacebookTwitterPinterest

Gənc fəalları birləşdirən “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü İlkin Rüstəmzadə həbs təhlükəsinin olduğunu bəyan edib. İlkin Rüstəmzadə “Turan”a deyib ki, aprelin 7-də Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşları qeydiyyatda olduğu mənzilə gedərək onu soruşublar: “Evdən cavab veriblər ki, İlkin köçüb. Polislər bunun qanunsuz olduğunu deyərək karantin qaydalarını pozduğumu iddia ediblər. Halbuki mən yeni evə aprelin 2-də köçmüşəm”. (Aprelin 5-dən tətbiq olunan karantin qaydalarına görə, vətəndaş icazə almadan evdən çıxa bilməz).

İlkin Rüstəmzadə deyib ki, polisin onu axtarması bir neçə gün əvvəl tərtib etdiyi petisiya ilə bağlı ola bilər: “Mən koronavirusla bağlı karantin rejiminə görə petisiya yaymışam. Petisiyada karantin dövründə dövlətin vətəndaşlara 300 manat sosial müavinət verməsi, kommunal ödənişlərin və bank ödəmələrinin dayandırılması istəyi yer alır”.

Fəal qeyd edib ki, polis əməkdaşları aprelin 8-də də qeydiyyatda olduğu mənzilə gediblər, atası Bəkir Xəlilovu 34-cü bölməyə aparıblar: “Bunu biləndə atama zəng vurdum. Polis əməkdaşı telefonu atamdan alaraq bildirdi ki, bölməyə gəlməliyəm. Dedi söhbət etmək istəyirlər. Amma mən buna inanmıram. Söhbət etmək istəyirlərsə, evimə çağırış vərəqəsi göndərsinlər”.

Fəal “Facebook” səhifəsində yaydığı məlumatda hazırda olduğu evin polis mühasirəsinə alındığını bildirib.

1992-ci il təvəllüdlü İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunaraq kütləvi iğtişaşların təşkili, qrup halında xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıqda təqsirli bilinib, 8 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il martın 16-da əfv olunub.

Neft: yeni qiymətlər, gözləntilər

  • 08 Aprel 2020

Reportyorlar (68)

  • 08 Aprel 2020

Son materiallar

comments
Xəbər

Neft Fondunun 43,5 milyard dolları var

comments
ManşetXəbər

Qeydiyyatlı partiyalar

comments
Xəbər

İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır

comments
ManşetXəbər

Şuşanın məşhur məktəbi

Rəylər

Do not miss

comments
Xəbər

Neft Fondunun 43,5 milyard dolları var

Son materiallar

comments
Xəbər

Neft Fondunun 43,5 milyard dolları var

comments
ManşetXəbər

Qeydiyyatlı partiyalar

comments
Xəbər

İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır

comments
ManşetXəbər

Şuşanın məşhur məktəbi

comments
Dünyanın səsiManşetŞərh

Koronavirusa qarşı burun damcısı – Yeni metod sınaqdan keçirilir

comments
ManşetXəbər

Qiymət həmin qiymət olacaq

comments
Dünyanın səsiXəbər

Dünyanın ən böyük peyvənd müəssisələrindən birində yanğın

comments
ManşetXəbər

Tədris ocaqları açılır

comments
ManşetŞərh

Statistikadan statistikaya fərq var

comments
Dünyanın səsiManşetTribuna

“Əslində hamı sosial məsafə arzulayırdı”

comments
Dünyanın səsiManşetXəbər

Koronavirus statistikasından

comments
Dünyanın səsiManşetXəbər

Koronavirus ömürdən gedir

comments
Xəbər

Məzənnə siyahısında

comments
Xəbər

Ekoloji pozuntuların cəriməsi

comments
Xəbər

Hər adam 465,6 manat qazanıb

comments
ManşetXəbər

Prokurorluq işçiləri üçün kompensasiya qaydası yeniləndi

comments
Dünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: “Navalnının həbsi Putinin əsl niyyətini üzə çıxarır”

comments
Xəbər

Hərbi Prokurorluqda kollegiya iclası

comments
Dünyanın səsiXəbər

Estoniya prezidenti Rusiyadan yeni ağlasığmaz gedişlər gözləyir

comments
Xəbər

Xəzərdə yeni layihə

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda