• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tibbi maska istehsal edən müəssisə açılıb

  • 06 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev aprelin 6-sı Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC-nin yaratdığı tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, birinci mərhələdə müəssisədə hər gün 120 min tibbi maska istehsal ediləcək, maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq.

Prezident İlham Əliyev açılışdan sonra xalqa müraciət edərək deyib ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar.

2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi 200-dən çox ölkə və əraziyə yayılıb, 70 mindən çox şəxs dünyasını dəyişib.

Azərbaycanda 641 nəfərin koronavirus infeksiyasına yoluxduğu bilinib. Onların 44-ü müalicə olunaraq sağalıb, 7-si vəfat edib, 590-ı xəstəxanalardadır.

Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, ticarət məkanları (supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla), bir çox məişət xidməti yerləri bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi qadağan olunub, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub.

Rusiya: tibbi məmulatların satışında yenilik tətbi...

  • 06 Aprel 2020
  • comments

Prezident əfv sərəncamı imzalayıb

  • 06 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda