Aprelin 4-də prezident İlham Əliyev Vüqar Səfərlini KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsindən azad edib.
Dövlət başçısının digər sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov fondun icraçı direktoru təyin olunub.
Vüqar Səfərli 2009-cu ildən KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru idi.