• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanlı jurnalistin koronavirusdan yazısı ingilis dilində yayılıb

  • 24 Mart 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Ukraynanın ingilisdilli Ukraineworld.org saytı azərbaycanlı jurnalist Azər Qaraçənlinin “Koronavirusun dərmanı” yazısını dərc edib.

“Koronavirusun dərmanı” yazısı ilk dəfə Novator.az saytında gedib. Yazını ingilis dilinə gənc jurnalist, tərcüməçi İlkin Nizami çevirib.

Yazı Ukraineworld.org saytında “Koronavirus bizə nə öyrədir?” başlığı ilə dərc olunub.

Azər Qaraçənli yazıda qeyd edir ki, koronavirusun bütün dünyaya yayılması insanlar arasında tale birliyini göstərir: “Tale birliyi sərhəd ayrılığından güclüdü, sərhədi ölkələrin arasından çəkmək olar, amma adamların arasında elə bir birlik var ki, ordan heç bir sərhəd keçmir.

Koronavirus ona görə bütün dünyaya yayıla bilib ki, dünyanın bir yerindəki şərin dünyanın hər yerinə dəxli var. Bunu koronavirussuz da bilmək olurdu, amma indi koronavirus bunu atom bombasından, iqlim dəyişkənliyindən də aydın göstərir.

Fantastikaya bax! Çindəki bir virus Azərbaycanda məktəbləri bağlayır, İtaliyada adamları evdən çıxmağa qoymur, Amerikada adamları maska taxmağa məcbur eləyir. Daha nə lazımdı ki, adamlar bir taleni yaşadıqlarını başa düşsünlər, şərin hamının ziyanına olduğuna inansınlar.

Koronavirus bizə tale birliyini xatırladır. Koronavirus deyir ki, Uzaq Şərq deyilən yer, uzaq şər deyilən şey yoxdu, Şərq Qərbin, Şimal Cənubun özüdü, hamımız bir dünyanın sakinləriyik, bir taleni yaşayırıq, Şərqin şəri Qərbin də, Şimalın da, Cənubun da şəridi.

…Tale birliyi təkcə şər birliyi deyil, tale birliyi həm də xeyir birliyidi. Dünyanın bir yerindəki xeyrin dünyanın hər yerinə dəxli var. İndi bunu dünyaya koronavirusun dərmanı göstərəcək.

O dərman mütləq tapılacaq! Dünyanın harasında tapılır tapılsın, bir göz qırpımında hər yerə yayılacaq. Virusun özündən tez yayılacaq! Dünyanın bir yerindəki xeyir dünyanın hər yerinə xeyir verəcək. Qoy adamlar xeyrin hamının xeyrinə olduğuna inamlarını itirməsinlər”.

Azər Qaraçənli 1973-cü ildə anadan olub. 1993-cü ildən jurnalistika ilə məşğuldur. “Azadlıq” (müxbir, ədəbi redaktor), “Yeni Müsavat” (ədəbi redaktor), “Avropa” (redaktor) qəzetlərində çalışıb. Mediaforum.az saytının baş redaktoru olub. Hazırda Novator.az saytının baş redaktorudur.

Rəsmi məlumat

  • 24 Mart 2020
  • comments

Reportyorlar (66)

  • 25 Mart 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Media
  • Səhiyyə
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda