• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Parlamentdə koronavirus məhdudiyyətləri

  • 18 Mart 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Milli Məclisin sədri Sahibə Qafarova koronavirus infeksiyası ilə mübarizə sərəncamı imzalayıb. Sərəncamda bu məsələlər əksini tapıb:

– Milli Məclisin komitə və komissiyalarının iclaslarının, Milli Məclis Aparatının və İşlər İdarəsinin toplantılarının keçirilməsi müvəqqəti dayandırılsın, idarəetmə yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi ilə həyata keçirilsin;

– Milli Məclis deputatlarının və əməkdaşların ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılsın;

– Milli Məclis Aparatının vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə tapşırılsın ki, Milli Məclisdə vətəndaşların qəbullarının keçirilməsini müvəqqəti dayandırsın;

– Milli Məclis deputatlarının köməkçiləri seçki dairələrində seçicilərlə birbaşa təmasda olmadan onların müraciətlərini internet və telefon rabitəsi ilə qəbul etsinlər;

– Milli Məclis Aparatının rəhbərinə və işlər müdirinə tapşırılsın ki, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq etsinlər;

– işçilərdə və ya onların ailə üzvlərindən birində respirator xəstəlikləri, halsızlıq və digər oxşar hallar olduğu təqdirdə həmin işçilərin rəhbərliyə məlumat verməklə tam sağalanadək işə çıxmaması tövsiyə edilsin;

– Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları iş günü ərzində xüsusi ehtiyac olmadan iş otağını tərk etməsinlər, zərurət olmadan digər şəxslərlə təmasda olmasınlar;

– Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları virusun yayılmasının qarşısını almağa kömək edəcək ehtiyat tədbirləri görsünlər, o cümlədən həkim məsləhətlərinə və sanitar-gigiyena qaydalarına ciddi riayət etsinlər;

– Milli Məclisin tibb məntəqəsinə tapşırılsın ki, virusun yayılmasının qarşısını almaq məqsədi ilə Milli Məclisdə maarifləndirmə işi aparsın;

– Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçirilsinlər;

– Milli Məclisin avtoparkının balansında olan bütün nəqliyyat vasitələri gündə bir dəfə hökmən dezinfeksiya edilsin;

– Milli Məclisin İşlər İdarəsi parlamentin bütün inzibati binalarının dəhlizlərində antiseptik vasitələrin qoyulmasını və gündəlik təzələnməsini təmin etsin.

2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın təhlükəli növü olan koronavirus xəstəliyi 170 ölkəyə yayılıb, 8200-dən çox şəxs dünyasını dəyişib.

Azərbaycanda 34 nəfərin koronavirus infeksiyasına yoluxduğu bilinib, onların 10-u sağalıb, 1-i vəfat edib.

Oqtay Şirəliyevdən koronavirus əmri

Epidemiya: Nazirlər Kabineti qərarlar verdi

Koronavirus: milli qərargah yaradılıb

Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı

Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi

Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər

Koronavirus qadağaları

Rusiyaya gediş-gəliş dayanır

Operativ qərargahdan məhdudiyyətlər

Parlament tibbi rejimin pozulması cəzalarına səs verdi

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır

Reportyorlar (65)

  • 18 Mart 2020
  • comments

Tibb işçilərinin maaşına əlavələr gəlir

  • 19 Mart 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

GLOBALS:0
comments
Xəbər

Pensiyaçıların sayı 5 min nəfər artıb

GLOBALS:0
comments
Xəbər

İxrac və idxalda əsas tərəfdaşlar

GLOBALS:0
comments
Xəbər

Büdcənin aylar üzrə xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

GLOBALS:0
comments
Xəbər

Pensiyaçıların sayı 5 min nəfər artıb

GLOBALS:0
comments
Xəbər

İxrac və idxalda əsas tərəfdaşlar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda