• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Koronavirus: qərargah yeni rəsmi məlumat yayıb

  • 13 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Nazirlər Kabineti yanında operativ qərargahın martın 13-də yaydığı məlumata görə, İran və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb: “Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”.

Ötən ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi daha 130 ölkəyə yayılıb, 5000 nəfərə yaxın şəxs dünyasını dəyişib.

Martın 13-dək Azərbaycanda koronavirusa 15 yoluxanın qeydə alındığı, onların 3-nün sağaldığı, 1-nin öldüyü açıqlanmışdı.

Yoluxma hallarını müəyyənləşdirmək üçün xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb, sərhəd rejimi sərtləşib, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarına nəzarət artırılıb, koronavirusla mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların Azərbaycan ərazisindən aparılması məhdudlaşdırılıb.

Nazirlər Kabineti tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər məqsədilə martın 3-dən bütün təhsil müəssisələrini qapadıb.

Bakı şəhərində və ölkənin müxtəlif regionlarında mart ayında keçirilməli olan Novruz şənlikləri ləğv edilib.

Ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə “ASAN Viza” elektron portalında vizaların rəsmiləşdirilməsi 45 gün müddətinə dayandırılıb. Azərbaycana səfər etmək istəyən xarici ölkə vətəndaşları viza rəsmiləşdirilməsi üçün səfirlik və baş konsulluqlara müraciət etməlidir. Virusun geniş yayıldığı ölkələrin vətəndaşlarından koronavirus testindən keçmələri barədə tibbi arayış tələb olunacaq. Bu şərtlər son 14 gün ərzində həmin ölkələrdə olmuş digər əcnəbi vətəndaşlara da aiddir.

Azərbaycana səfər edən əcnəbi ölkə vətəndaşları fərdi tibbi göstəricilər nəzərə alınmaqla 14 gün müddətinə karantin rejiminə yerləşdirilə və ya onlardan ev şəraitində 14 günlük fərdi karantin rejiminə riayət etmələri tələb oluna bilər.

Çin, Cənubi Koreya, İran, Yaponiya, İtaliya, İspaniya, Fransa, Almaniyadan qayıdan Azərbaycan vətəndaşları 14 və ya tələb olunduğu halda 21 günlük karantin rejiminə yerləşdiriləcəklər.

Planer mühəndisliyindən səhra tülkülüyünədək: Romm...

  • 13 Mart 2020
  • comments

Koronavirus qadağaları

  • 14 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda