• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi

  • 10 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Nazirlər Kabineti yanında operativ qərargah martın 10-da rəsmi məlumat yayıb. Qeyd olunur ki, Dünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlərin preventiv tədbirləri gücləndirməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib: “Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən Azərbaycanda da profilaktik tədbirlər gücləndirilib. Bununla əlaqədar bildiririk ki, Bakı şəhərində və ölkənin müxtəlif regionlarında mart ayında keçirilməli olan Novruz şənlikləri ləğv edilir.

Operativ qərargah ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.

Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.

Vətəndaşları adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq”.

Novator.az bildirir ki, martın 10-na olan məlumata görə, ötən ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın bir növü olan koronavirus xəstəliyi daha 114 ölkəyə yayılıb, 115 min 760 nəfər infeksiyaya yoluxub, 4085 şəxs dünyasını dəyişib.

Ölkələr üzrə itki sayı belədir:

Çin – 3136 nəfər

İtaliya – 463 nəfər

İran – 291 nəfər

Cənubi Koreya – 54 nəfər

İspaniya – 31 nəfər

Fransa – 30 nəfər

ABŞ – 27 nəfər

Yaponiya – 10 nəfər

İraq – 7 nəfər

Böyük Britaniya – 5 nəfər

Niderland – 4 nəfər

Avstraliya – 3 nəfər

Honkonq – 3 nəfər

İsveçrə – 3 nəfər

Almaniya – 2 nəfər

San Marino – 2 nəfər

Argentina – 1 nəfər

Filippin – 1 nəfər

Kanada – 1 nəfər

Livan – 1 nəfər

Misir – 1 nəfər

Tailand – 1 nəfər

Tayvan – 1 nəfər.

Daha 7 nəfərin “Diamond Princess” səyahət gəmisində vəfat etdiyi açıqlanıb.

Azərbaycanda koronavirusa 11 yoluxan qeydə alınıb. Yoluxma hallarını müəyyənləşdirmək üçün xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb, İranla sərhəd sərt rejimə keçib.

Nazirlər Kabineti tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər məqsədilə martın 3-dən bütün təhsil müəssisələrini qapadıb. İlk tədris günü martın 27-si müəyyən edilib.

Köçəryanın nə xəstəlikləri var?

  • 10 Mart 2020
  • comments

“Avroviziya 2020”nin 41 iştirakçısı

  • 10 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Mədəniyyət
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda