• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələri

  • 05 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Martın 5-də Qafqaz Müsəlmanları İdarəsi koronavirus xəstəliyi ilə bağlı tövsiyələrini açıqlayıb. Dini qurum həkimlərin məsləhətlərinə ciddi riayət olunmasını, məscidlər, ziyarətgahlar, dini tədris müəssisələri və “Quran” kurslarında dezinfeksiya işlərinin aparılması üçün dövlət tibbi-sanitariya müəssisələrinə müraciət edilməsini, namaz zalları, dəstəmazxana, meyitxana və sanitar qovşaqlarının təmizlənməsinə xüsusi diqqət yetirilməsini məsləhət bilir: “Rica edirik uzaq yoldan gələnlər, yaşlı insanlar, eləcə də özündə soyuqdəymə əlamətləri hiss edən xəstə şəxslər namazlarını evlərində qılsınlar, məscidə gələn dindarlar şəxsi təsbehlərindən, canamazlarından, möhürlərindən istifadə etsinlər, mümkün qədər dəstəmazlarını evdə alsınlar. Eyni zamanda məscidə gələn şəxslər bir-biri ilə yaxın təmasdan, əl görüşmələrindən çəkinsinlər.

Qafqaz Müsəlmanları İdarəsi müvəqqəti olaraq məscidlərimizdə moizələrin və birgə ibadətlərin təxirə salınmasını, camaat namazlarının uzadılmadan icra olunmasını, xütbələrin qısaldılmasını tövsiyə edir. İmkan daxilində dindarlarımızın evlərində fərdi qaydada namaz qılmasını, sanitar-epidemioloji vəziyyət imkan vermədiyi təqdirdə məsciddə bütün tədbirlərin, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salınmasını məsləhət görürük”.

Martın 5-nə olan hesabata görə, ötən ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın bir növü olan koronavirus xəstəliyi daha 85 ölkəyə yayılıb, 96 min 261 nəfər infeksiyaya yoluxub, 3310 şəxs dünyasını dəyişib.

6 nəfərin “Diamond Princess” səyahət gəmisində vəfat etdiyi bildirilir.

Ölkələr üzrə itki sayı isə belədir:

Çin – 3013 nəfər

İran – 107 nəfər

İtaliya – 107 nəfər

Cənubi Koreya – 42 nəfər

ABŞ – 11 nəfər

Yaponiya – 6 nəfər

Fransa – 4 nəfər

İspaniya – 3 nəfər

Avstraliya – 2 nəfər

Honkonq – 2 nəfər

İraq – 2 nəfər

Filippin – 1 nəfər

İsveçrə – 1 nəfər

Tailand – 1 nəfər

Tayvan – 1 nəfər

San Marino – 1 nəfər.

Azərbaycanda da koronavirusa yoluxanlar qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargah martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına qərar verib.

Koronavirus infeksiyasına yoluxma hallarını müəyyənləşdirmək üçün xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb, İranla sərhəd qapadılıb.

İcra başçıları təyin olundu

  • 05 Mart 2020
  • comments

Türklər 30 mindən çox rusu necə qarşılamışdı?

  • 05 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda