• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İki ildə siqaret çəkənlərin 3034 nəfəri cərimələnib

  • 26 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Ötən iki ildə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə və tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3034 nəfər cərimələnib.

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satdıqlarına görə cərimə edilənlərin sayı isə 453 nəfər olub.

Məlumat Novator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.

Azərbaycanda bəzi yerlərdə tütün çəkməyi və yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmağı qadağan edən qanun 2017-ci ildə qəbul olunub. Qadağaları pozanların cərimələnməsi üçün isə 2018-ci ildə İnzibati Xətalar Məcəlləsinə əlavələr edilib.

Qanun belə adlanır: “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”.

Qanunun qadağan etdiyi yerlərdə tütün çəkməyə görə cərimə 30 manatdır (İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsi).

Tütün məmulatları tullantılarını ətraf mühitə atmağa görə cərimə 50 manatdır (məcəllənin 212.4-cü maddəsi).

Tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə cərimə 100 manatdır (məcəllənin 455.2-ci maddəsi).

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Novator.az-a bildiriblər ki, 2018-2019-cu illərdə İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələri ilə tətbiq edilən cərimələrin ümumi həcmi 137 min 290 manat olub.

Mətbuat xidmətindən vurğulayıblar ki, “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun tələblərindən irəli gələn vəzifələrin icrası daim diqqət mərkəzində saxlanır, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə şəhər, rayon polis orqanları məqsədyönlü tədbirlər həyata keçirir.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna görə, bu yerlərdə tütün çəkilməsi qadağandır: təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində; səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində; idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində; restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində; ticarət obyektlərində; məişət obyektlərində; sosial xidmət müəssisələrində; yerləşdirmə vasitələrində; teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində; uşaq meydançalarında; yerüstü qapalı və yeraltı piyada keçidlərində; avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində; metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda; hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində; hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində; liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində; taksofonlarda; yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində; mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

İlkin Nizami

29 fevral mitinqi: müraciətə rəsmi cavab verildi

  • 26 Fevral 2020
  • comments

Tədris ilinin rəsmi təqvimi

  • 27 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ekologiya
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda