Mərkəzi Bank fevralın 20-də ABŞ dollarının kursunu 1,7 manat səviyyəsində saxlayıb.
Novator.az-ın məlumatına görə, BƏƏ dirhəmi (0,4628 manat) və Səudiyyə Ərəbistanı rialının (0,4532 manat) rəsmi məzənnələri də sabit qalıb.
Dəyər artıran avro banklara 1,8358, Gürcüstan larisi 0,6008, Rusiya rublu 0,0267 manata təklif olunur.
Çin yuanı (0,2421 manat), İngiltərə funt sterlinqi (2,1951 manat) və Türkiyə lirəsi (0,2794 manat) isə ucuzlaşıb (Valyutalar).
Dolların indiki qiyməti 2018-ci il martın 7-dən qüvvədədir.
Avro 2020-ci ilə 1,9025, lari 0,5947, rubl 0,0275, lirə 0,2849 manatla başlayıb.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin yanvar ayında keçirdiyi valyuta hərraclarında 300,2 milyon ABŞ dolları məbləğində vəsait satıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.