• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hər adama 655,3 manat (İqtisadi göstəricilər)

  • 18 Fevral 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2020-ci ilin yanvar ayında Azərbaycanda 6,5 milyard manatlıq və ya əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib: “İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 4,9 faiz artıb, neft-qaz sektorunda 0,7 faiz azalıb. Əlavə dəyərin 44,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizinə bərabər olub”.

Əhalinin hər nəfərinə düşən ÜDM 655,3 manat göstərilir.

Rəsmi məlumata əsasən, 2019-cu ilin yanvar ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3,2 faiz, bitkiçilik məhsullarının istehsalı 12,5 faiz yüksəlib.

Sərmayənin 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artdığı vurğulanır.

Qeyd olunur ki, nəqliyyat sektorunda yük daşınması 2019-cu ilin yanvar ayı ilə müqayisədə 2,9 faiz, sərnişin daşınması 2,2 faiz artıb.

İnformasiya və rabitə xidmətlərinin həcmində 24,3 faiz yüksəliş olduğu bildirilir.

Əhalinin gəlirlərinin nominal ifadədə 6,8 faiz artaraq 4,1 milyard manata çatdığı, dövlət büdcəsinə 1 milyard 821 milyon manat vəsaitin daxil olduğu, büdcədən 1 milyard 402,9 milyon manat vəsait xərcləndiyi göstərilir.

Hesabata görə, 2020-ci il yanvar ayının 1-nə kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 297,2 milyon manat, əhalinin banklardakı əmanətlərinin məbləği 8 milyard 637,9 milyon manat olub.

Bill Qeyts narahatdır

  • 17 Fevral 2020
  • comments

Orta maaş 634 manatı ötüb

  • 18 Fevral 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda