• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ölənlərin sayı 1770 nəfərə çatıb

  • 17 Fevral 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Çinin Gigiyena və Səhiyyə Məsələləri Dövlət Komitəsi yeni açıqlama yayıb. Novator.az bildirir ki, fevralın 17-də yayılan hesabata görə, ölkədə koronavirus xəstəliyindən ölənlərin sayı 1770 nəfərə çatıb. Hazırda 57 min 934 nəfərin xəstə olduğu vurğulanır. 10 min 644 nəfərin vəziyyəti ağırdır.

Pnevmoniyanın bir növü olan xəstəliyə başqa ölkələrdə də tutulanlar var. Honkonq, Tayvan, Filippin, Yaponiya və Fransada ölümlər qeydə alınıb.

Xəstəlik 2019-cu ilin dekabr ayında üzə çıxıb.

Azərbaycanın Nazirlər Kabineti sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi; Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması; xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi barədə qərarlar qəbul edib.

Yüksək riskli məhsulların siyahısına müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.), zoopark quşları, vəhşi və ov quşları, inkubasiya yumurtası, süfrə yumurtası və yumurta məhsulları, quş sperması, quş əti (soyudulmuş, dondurulmuş və s.), quş əti məhsulları, quş əti və sümüyünün unu (yem üçün istifadə olunan), quş tükü və lələkləri, isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.), dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.), heyvan mənşəli ət məhsulları, ev heyvanları, quş və quş məhsulları daxildir.

İnfeksiya riski olan ölkələrdən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Nazirlər Kabineti koronavirusla mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan ərazisindən aparılmasını məhdudlaşdırıb. Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.

Rəsmi məzənnələr

  • 17 Fevral 2020
  • comments

20-ci ilin 21-i

  • 17 Fevral 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda