• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa İttifaqı ilə əməkdaşlıq komissiyası yeniləndi

  • 12 Fevral 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlıq üzrə dövlət komissiyasının tərkibini yeniləyib. Novator.az-ın məlumatına görə, baş nazirin müavini Şahin Mustafayevin sədrlik etdiyi komissiyaya bu vəzifələri tutan şəxslər üzv olur:

Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri; hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri; iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri; qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

daxili işlər nazirinin birinci müavini

fövqəladə hallar nazirinin birinci müavini

maliyyə nazirinin birinci müavini

mədəniyyət nazirinin birinci müavini

baş prokurorun birinci müavini

xarici işlər nazirinin müavini

iqtisadiyyat nazirinin müavini

energetika nazirinin müavini

ədliyyə nazirinin müavini

səhiyyə nazirinin müavini

əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

ekologiya və təbii sərvətlər nazirinin müavini

gənclər və idman nazirinin müavini

təhsil nazirinin müavini

kənd təsərrüfatı nazirinin müavini

Dövlət Gömrük Komitəsinin sədri

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Dövlət Statistika Komitəsinin sədrinin birinci müavini

Dövlət Miqrasiya Xidmətinin rəisi

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini

Dövlət Sərhəd Xidmətinin rəisinin müavini

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Dövlət Turizm Agentliyinin sədri

Qida Təhlükəsizliyi Agentliyinin sədri

Mərkəzi Bank sədrinin müavini

Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri

İnsan hüquqları üzrə müvəkkil (ombudsman)

Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri.

1957-ci ildə yaradılmış Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının üzvüdür. 2009-cu ildə elan olunmuş proqram Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanı da əhatə edir.

2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Hazırda strateji tərəfdaşlıq sazişi üzərində iş gedir. Prezident İlham Əliyev ötən il dekabrın 23-də bir qrup yerli telejurnalistə müsahibədə deyib ki, sazişin bəndlərinin mütləq əksəriyyəti razılaşdırılıb, məsələlərin təqribən 90 faizi razılaşma əsasında öz həllini tapıb: “Sazişin bu günə qədər imzalanmamasının səbəbkarı bizik. Bir neçə məsələ hələ ki, müzakirə mövzusudur. Biz təklif olunan məsələlərə öz razılığımızı verməmişik və bunun səbəbi var. Onlardan biri ticarətlə bağlıdır. Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil.

Digər tərəfdən bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq.

İmzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər.

Sazişdə təklif olunan məsələlərin biri də enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni dövlətin subsidiyası əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil.

Ya da biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çıxarmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır və bizim mövqeyimiz birmənalıdır”.

Yeni hərbi obyektlər

  • 11 Fevral 2020
  • comments

10 min manat alan 10 nəfər

  • 12 Fevral 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda