• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Kanal 13”ün direktorunun məhkumluğu ləğv edildi

  • 11 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun (Əziz Qaraşoğlu) üzərindən məhkumluq götürülüb.

Novator.az bildirir ki, qərar fevralın 11-i Bakı Apellyasiya Məhkəməsində çıxarılıb.

Əziz Orucov 2017-ci il mayın 2-də tutulub. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib. Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.

Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı bu hökmü Ali Məhkəmə 2018-ci il aprelin 5-də dəyişib. Əziz Orucovun cəzası 6 ildən 3 ilə endirilib, eyni zamanda onun cəzasının qalan hissəsi şərti həbslə əvəz olunub. Nəticədə Əziz Orucov azad edilib.

Azadlığa çıxandan sonra Əziz Orucov şərti cəzanın ləğv edilməsi və onun üzərindən məhkumluğun götürülməsi xahişi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Ancaq məhkəmə jurnalistin iddiasını təmin etməyib.

Əziz Orucov qərardan apellyasiya şikayəti verib. O bildirib ki, qərar qərəzli və ədalətsizdir, “Kanal 13”ün obyektiv fəaliyyətinə görə qisas almaq məqsədi güdür.

Əziz Orucovun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyilə baxılıb və jurnalistin şikayəti təmin edilib. 

Şərti məhkumluğun yaratdığı çətinliklərdən danışarkən Əziz Orucov deyirdi ki, bu, onun ölkədən çıxışına imkan vermir, mütəmadi məhkəmə icraçılarıyla əlaqə saxlamaq məcburiyyətində qoyur.

“Kanal 13”ün direktoru həbs olunub

“Kanal 13”ün direktoruna cinayət işi açıldı

Əziz Qaraşoğlunun şikayəti təmin olunmayıb

Jurnalist ailəsi ilə əlaqə yarada bilmir

Əziz Orucovun anası insultdan dönüb

Həbsdə olan jurnalistin xanımından açıqlamalar

Əziz Orucovdan nə xəbər?

Jurnalistə qarşı ittiham ağırlaşdırılıb

Əziz Orucovun həbs müddəti uzadıldı

Əziz Orucovun işi üzrə istintaq yekunlaşıb

Ombudsman Əziz Orucova nə məsləhət görüb?

Əziz Orucovun mühakiməsinin vaxtı bilindi

Jurnalistin xanımı və anası dindirilib

Əziz Orucovun işi: bitməkdə olan məhkəmə nə vaxt bitəcək?

Jurnalistə 7 il həbs verilməsi təklif olundu

Hökmü gözləyənlər

“Kanal 13”ün direktoruna 6 il iş kəsildi

Məhbus jurnalistlə açıq görüşə icazə verilmir

Hökm dəyişmədi

Məhbus jurnalistin səhhəti pisləşib

Əziz Orucov azadlığa çıxır

Jurnalist bəraət almaq niyyətindədir

Məhkəmə jurnalistin islah olunmadığı qənaətinə gəlib

Böyük beşlikdə

  • 11 Fevral 2020
  • comments

İqtisadçının yeni parlamentə tövsiyələri

  • 11 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda