Səsvermə başa çatıb
- 09 Fevral 2020
- comments
- Novator.az
- Posted in ManşetXəbər
9 fevral seçkisinin səsvermə mərhələsi yekunlaşıb.
Səsvermə səhər saat 8-dən start götürmüşdü.
Saat 19-da seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanıb. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatında seçici fəallığı 44,84 faiz göstərilib.
Milli Məclisə seçki 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilir. 5 milyon 329 min 460 nəfərin səsvermə hüququ var.
Seçkidə 1314 deputatlığa namizəd mübarizə aparır.
Qanuna görə, seçkidə qələbə üçün nisbi səs çoxluğu tələb olunur.