Seçici fəallığının 40 faizə yaxınlaşdığı bildirilir
- 09 Fevral 2020
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, fevralın 9-u saat 17-yə qədər ölkə üzrə 2 milyon 389 min 754 nəfər seçici parlament seçkisinə qatılaraq səs verib.
Beləliklə, rəsmi hesabata əsasən, saat 17-yə seçici fəallığı 39,23 faiz olub.
Səhər saat 8-də başlayan səsvermə saat 19-da başa çatacaq.
Milli Məclisə seçki 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilir. 5 milyon 329 min 460 nəfərin səsvermə hüququ var.
Seçkidə 1314 deputatlığa namizəd mübarizə aparır.
Qanuna görə, seçkidə qələbə üçün nisbi səs çoxluğu tələb olunur.