Fevralın 7-də ABŞ dollarının rəsmi məzənnəsi 1,7 manat səviyyəsində saxlanıb. Novator.az bildirir ki, bununla qiymət sabitliyinin 23 ayı tamamlanıb.
2015-ci ildə Azərbaycan valyutasının devalvasiyalara uğraması nəticəsində dolların kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin yanvar ayında keçirdiyi valyuta hərraclarında 300,2 milyon ABŞ dolları məbləğində vəsait satıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.
Avro 2020-ci ilə 1,9025, lari 0,5947, rubl 0,0275, lirə 0,2849 manatla başlayıb.