• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Basta” hələ də qapalıdır

  • 06 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Haker hücumuna məruz qalan “Basta” saytına giriş hələ də qapalıdır. Fevralın 6-da Novator.az-a danışan baş redaktor Mustafa Hacıbəyli deyib ki, sayta ilk haker hücumu yanvarın 31-də qeydə alınıb, giriş qapanıb: “Mütəxəssislərin köməyi ilə fevralın 3-də sayta girişi bərpa edə bilmişdik. Ancaq elə həmin gün ikinci haker hücumu ilə giriş yenə qapadıldı. Problemi aradan qaldırmağa çalışırıq”.

2015-ci ildə yaradılmış “Basta” saytı demokratik qüvvələrə yaxınlığı ilə tanınır. Baş redaktor Mustafa Hacıbəyli Müsavat Partiyası Divanının üzvüdür.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu il fevralın 21-də Mustafa Hacıbəylini vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və dövlət əleyhinə çağırışlarda təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan şərti məhrum edib.

Həbs cəzası Gəncə işi ilə bağlıdır.

2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq həmin il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələri Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlarda terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.

Açıqlamada “Basta” saytının da adı hallanıb, onun Bastainfo.com ünvanı bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.

Bundan sonra sayt Basta2.com domeni ilə fəaliyyət göstərir.

2019-cu il sentyabrın 23-də Bastainfo.com domeni illik ödəniş vaxtı başa çatdıqdan 1 saat sonra başqa müştəriyə satılıb. Redaksiya bunu Azərbaycan hakimiyyətinin sifarişi ilə bağlayıb.

Nazirliyin 39 bəndi

  • 06 Fevral 2020
  • comments

Seçki marafonundan statistika

  • 06 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Texnologiya

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda