İlqar Məmmədovun sədrlik etdiyi Respublikaçı Alternativ Partiyası (REAL Partiya) fevralın 9-da keçiriləcək parlament seçkisinə REAL Cümhuriyyətçilər İttifaqı adlı blokla qoşulub. Blokun 31 namizədi qeydə alınıb. Novator.az siyahını təqdim edir:
8 saylı Binəqədi dairəsi – Rüfət Rəhimov
11 saylı Qaradağ dairəsi – Samir Məmmədov
12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsi – Natiq Cəfərov
13 saylı Xəzər-Pirallahı dairəsi – Şadiman Nərimansoy
14 saylı Xəzər dairəsi – Cavid Qəmbərov
16 saylı Yasamal dairəsi – Erkin Qədirli
17 saylı Yasamal dairəsi – Cavad Cavadov
18 saylı Nərimanov-Nizami dairəsi – Vüqar Həsənov
19 saylı Nərimanov dairəsi – Vəliyəddin Quliyev
21 saylı Nəsimi dairəsi – Fərhad Mehdiyev
22 saylı Nəsimi dairəsi – Elçin Haqverdiyev
24 saylı Nizami dairəsi – Ayxan Mehdizadə
27 saylı Sabunçu dairəsi – Emin Məsimli
29 saylı Səbail dairəsi – Emin Babayev
30 saylı Suraxanı dairəsi – Mahmud Mahmudov
32 saylı Suraxanı dairəsi – Elçin Baxışov
40 saylı Kəpəz (Gəncə) dairəsi – Toğrul İskəndərli
41 saylı Sumqayıt dairəsi – Vasif İsmayıl
46 saylı Şirvan dairəsi – Vasif Novruzov
54 saylı Şabran-Siyəzən dairəsi – Rüstəm Hidayətzadə
86 saylı İsmayıllı dairəsi – Məzahir Şahvələdov
88 saylı Göyçay dairəsi – Famil Sadıqov
93 saylı Bərdə şəhər dairəsi – Ərəstun Baxşəliyev
94 saylı Bərdə kənd dairəsi – Zöhrab Əliyev
106 saylı Tovuz-Qazax-Ağstafa dairəsi – Cavid Musayev
108 saylı Ağstafa dairəsi – Vüqar Mustafayev
112 saylı Qax dairəsi – Şamil Qarəhmədov
113 saylı Şəki şəhər dairəsi – Razim Rzayev
114 saylı Şəki kənd dairəsi – Mete Türksoy
116 saylı Qəbələ dairəsi – Mehdi Quliyev
120 saylı Cəbrayıl-Qubadlı dairəsi – Yaqub Həmzəyev.
Seçki platformasında qeyd olunur ki, REAL Cümhuriyyətçilər İttifaqı prezident səlahiyyətlərinin məhdudlaşdırılmasının tərəfdarıdır: “Bir şəxs iki dəfədən çox prezident seçilmək ixtiyarında olmamalıdır. Xarici siyasət və hərbi təhlükəsizlik məsələlərində prezident parlamentdən üstün səlahiyyətlərə malik olsa da, onun müharibə elan etmək səlahiyyəti istisna olmaqla digər səlahiyyətləri parlamentlə bərabərləşdirilməlidir.
Parlamentin və bələdiyyələrin dövlət idarəetmə sistemində rolu gücləndirilməlidir. Milli Məclisə seçki nəticəsində təkbaşına hökumət yarananda baş nazir hakimiyyətin icra qolunun ən güclü təmsilçisinə çevrilməlidir. Hökumət koalision olanda prezident qərarlarının və mövqeyinin önəmi daha yüksək olmalıdır.
Milli Məclisin tərkibi 150 nəfər olmalı, deputatların 100-ü majoritar, 50-si proporsional qaydada seçilməlidir.
Parlament ölkənin bütün sahələrdə istiqamətlərini təyin etməli, hesabat dövründə hökuməti istefaya göndərə bilməlidir”.
REAL Partiya 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb.