• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ödənişsiz təşviqat olmayacaq

  • 17 Yanvar 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Fevralın 9-na təyin edilən parlament seçkisi 125 dairə üzrə keçirilir. Novator.az bildirir ki, Seçki Məcəlləsinə görə, azı 61 dairədə namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılmalıdır. Mərkəzi Seçki Komissiyasının qərarı ilə ödənişsiz efir vaxtı İctimai Teleradioda, dərc üçün yer “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetlərində nəzərdə tutulub.

Yanvarın 17-nə olan məlumata əsasən, yalnız prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının 60-dan çox dairədə namizədi var. Amma 123 dairədə namizədi olan partiya təkbaşına təşviqat aparmaq istəmədiyi üçün ödənişsiz efir vaxtından və dərc üçün yerdən imtina edib.

9 fevral seçkisinə Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası da qoşulub.

Təşviqat raundu yanvarın 17-dən fevralın 8-dək davam edəcək.

Ödənişli təşviqatda teleradio qurumlarından yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti yer alır.

Qəzetlərin siyahısında bu nəşrlər var: “525-ci qəzet”, “Ana Kür”, “Azərbaycan”, “Cənub xəbərləri”, “Cümhuriyət”, “Həftə içi”, “İki sahil”, “Şərq”, “Səs”.

APA qrupuna daxil olan media orqanları, “Trend” və “Səs” agentlikləri, “Yeni Müsavat” Media Qrupu da ödənişli təşviqatda iştirak edəcək.

Saytlar belə sıralanır: 1news.az, Aktual.az, Azedu.az, Azxeber.com, Azpolitika.info, Azvision.az, Baku.news, Bakupost.az, Bizimyol.info, Cebhe.info, Demokrat.az, Editor.az, Fins.az, “Gündəlik Teleqraf”, Xeberle.com, “İnterpress”, İstiqlal.az, Qafqazinfo.az, Media.az, Mediapost.az, Modern.az, Oxu.az, “Poliqon”, Report.az, Veteninfo.az, “Yeni Çağ”.

Ukraynanın baş naziri istefa verdi

  • 17 Yanvar 2020
  • comments

Georgi Kutoyanın meyiti tapılıb

  • 17 Yanvar 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran cəbhəsində: ilk məlumatlar

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

122 milyondan çox didərgin var

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran cəbhəsində: ilk məlumatlar

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran cəbhəsində: ilk məlumatlar

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda